Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 9 ayında 1,4 milyona yaxın vətəndaşın qəbulu həyata keçirilib.
Onlardan 134 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 milyon 263 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında və DOST mərkəzlərində qəbul edilib.
Həmçinin 2025-ci ilin yanvar-sentyabr aylarında 1 milyon 605,3 min (o cümlədən yazılı və e-qaydada 352,1 min, sosial şəbəkələr üzərindən 53,2 min, “142” Çağrı mərkəzi vasitəsilə 1,2 milyon) vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.
M.Kamal
XQ

