Lemkin institutu da “erməni xəstəliyi”nə yoluxub

post-img

Bu qeyri-hökumət təşkilatı İrəvanın yalanlarını tirajlayır

Ermənilərin “soyqırımı” nağılı hamıya məlumdur. Hindistan səhralarından Avrasiyanın çöllərinə yayılan bu etnosun nümayəndələri hər fürsət düşəndə özünü böyük güclərin “qurbanı” kimi təqdim etməyə can atırlar. Geosiyasi maraqların alətinə çevrilmiş bu üzdəniraq soyqırımı sərsəmlərini müdafiə edən beynəlxalq təşkilatlar da var. Belə qurumlardan biri də Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutudur. ABŞ-də fəaliyyət göstərən bu institut zaman-zaman Azərbaycana qarşı ittihamlar irəli sürməyə çalışır, ermənilərin yalan dəyirmanına su tökür. Bəs kimdir bu Lemkin, niyə bu institut erməni yalanlarının yaxasından bərk-bərk yapışıb?

2021-ci ildə təsis olunan institut yə­hudi-ukrayna əsilli polşalı hüquqşünas, soyqırımı haqqında hüquqi doktrina və bu cinayətə görə cəzanın hüquqi əsaslarını hazırlayan Rafael Lemkinin (1900-1959) adını daşıyır. İnstitutun həmtəsisçiləri Kin Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forgey və beynəlxalq hüquq professoru, İndiana Universitetinin məzunu İrene Viktoriya Massiminodur. Fon Coden-Forgeyin erməni sevgisi də məlumdur. O, tez-tez Ermənistana səfər edir, erməni alimləri və diaspor nümayəndələri ilə görüşür. 

İnstitutun digər təsisçi həmsədri İrene Viktoriya Massimino argentina­lıdır və insan hüquqları üzrə hüquq­şünasdır. İ.Massimino Ermənistan və ölkəsindəki erməni diasporu ilə də isti münasibətlərə malikdir. Məsələn, 2021-ci ilin iyununda Ermənistan milli şurası və Argentinanın erməni vəkillər kollegiyası 2020-ci il müharibəsi za­manı “Azərbaycan Ordusunun erməni xalqına qarşı törətdiyi iddia edilən hərbi cinayətləri və insanlığa qarşı cinayətlə­ri” araşdırmaq üçün Argentina Federal Məhkəməsinə şikayət təqdim etmişdi. Həmin şikayəti dəstəkləyən və hazır­layanlar arasında Lemkin İnstitutunun təsisçisi İ.Massimino da vardı.

ABŞ-də təsis olunan bu qeyri-hö­kumət təşkilatı rəsmi saytında qeyd edib ki, onun missiyası soyqırımının qarşısının alınması vasitələri ilə bü­tün dünyada əhalinin geniş təbəqələ­rini birləşdirməkdir. Amma bu missiya çətiri altında Lemkin institutu fəaliyyət göstərdiyi ölkənin geosiyasi maraqla­rına qulluq etdiyini dəfələrlə isbatlayıb. Axı necə düşünməyəsən ki, Ermənis­tanda bir nəfər də olsun azərbaycan­lının olmamasına, eləcə də Azərbay­can ərazisini işğal etmiş bu dövlətin törətdiyi çoxsaylı soyqırımı aktlarına baxmayaraq, bu qeyri-hökumət təşki­latı Azərbaycanı ləkələməyə çalışır?! Üzdəniraq təşkilatın fəaliyyəti barədə açıq mənbələrdən də məlumat almaq olur ki, onun məqsədinin forması məz­muna uyğun gəlmir. Bir az araşdırma aparanda da əmin olursan ki, Lemkin institutu erməni lobbisinin okeanın o ta­yındakı filialı kimi fəaliyyət göstərir və erməni soyqırımı xəstəliyinin yayıcısı qismində çıxış edir. 

Faktlar varmı? Əlbəttə, diqqət ye­tirin: 2011-ci ildən etibarən qondarma “Erməni Soyqırımı Muzey-İnstitutu” hər il Rafael Lemkin adına təhsil təqaüdü proqramı təşkil edir. Bu təqaüd bey­nəlxalq tələbələrə qondarma erməni soyqırımı tədqiqatları üzrə ixtisaslaş­mış yerli akademik institutlarda və ki­tabxanalarda araşdırma aparmaq üçün bir ay müddətinə Ermənistana səfər etməyə icazə verir. Qalib namizədlər üçün əsas platforma “Erməni Soyqı­rımı Muzey-İnstitutu”dur. Bu, onlara qondarma erməni məsələsi və ermə­ni soyqırımının tarixini öyrənməyə, “Erməni Soyqırımı Muzey-İnstitutu”­nun elmi fondlarında və kitabxanasın­da araşdırmalar aparmağa, habelə peşəkar məsləhətlər almağa və elmi tədqiqatların materialları ilə tanış olma­ğa imkan verir. Təqaüdün müddəti bir aydır.

Əslində, belə deməyə əlahəzrət faktlar da əsas verir. Lemkin institutu fəaliyyət göstərdiyi bütün dövr ərzində heç vaxt Ermənistanın Azərbaycana təcavüzünə münasibətini açıqlama­yıb. Bundan başqa, XX əsrin ən dəh­şətli soyqırımılarından biri olan Xocalı qətliamına indiyədək reaksiya göstər­məyib. 1915-ci ildə uydurma erməni soyqırımına vay-şivən qaldıran bu təş­kilat ermənilərin heç də uzaq olmayan tarixdə – 1988-ci ildə azərbaycanlıları Ermənistandakı yurd-yuvalarından di­dərgin salmaları faktı barədə hər hansı bəyanat səsləndirməyib. Halbuki, Lem­kin institutu də gözəl bilir ki, ermənilərin azərbaycanlılara qarşı irqçi münasibəti soyqırımı xarakteri daşıyırdı. Amma yox, erməniləri “mələk”, türkləri isə “qatil” kimi qələmə vermək bu təşki­latın proqramına yazılıb. Ona görə ki, kim pul verirsə, musiqini də o, sifariş edir. Lemkin institutunun da əsas sifa­rişçilərinin hazırda Azərbaycanda bəd əməllərinə görə həbsdə olan fırıldaqçı Ruben Vardanyan və digər fırıldaqçı Noubar Afyandır. 

İnstitutun rəsmi saytında ermə­ni əməkdaşlarının olduğunu bildirir. Məsələn, Ermənistanda və İsveçrədə böyümüş Lyusi Mirzoyan adlı ermə­ni əməkdaşının təqdimatında insti­tut yazır ki, o, “erməni soyqırımının kriminoloji təhlilini və onun inkarı ilə bağlı mürəkkəbliyi özündə əks etdirən əhatəli hesabat hazırlayıb”. Hə, bu da sizə “tərəfsizliyin” təsdiqi. Ermənilərin türklərə qarşı, ancaq özlərinə aydın olan (əslində, bu nifrət ermənilərin milli şüuraltı dərinliklərində kök atıb) nifrəti­nin olduğunu gözəl bilən Lemkin insti­tutu Türkiyə və Azərbaycana yönələn uydurma ittihamlarında belə qərəzli erməni hesabatlarından istifadə edir. Daha bir erməninin – Emili Poqosyanın təşkilat üçün çalışması da bu təşkilatın nə qədər qərəzli mövqe tutmasına ay­dınlıq gətirir. 

Əlbəttə, qurumun saytında göstə­rilməyən ermənilər də var və təşkilatın son zamanlar Azərbaycan haqqında yaydığı uydurma bəyanatlarında ermə­ni izini asanlıqla görmək olar. Məsələn, qurumun saytında Qarabağ münaqişə­sinə dair yerləşdirilmiş 148 səhifəlik üzdəniraq hesabatı hazırlayan müəllif­lər arasında Alisa Aleksanyan, Gevorq Novşadyan, Peter Vertanyan və Raffi Zarzaryan adlı ermənilər yer alıblar. Yəni, erməni müəlliflər hesabatı hazır­layarkən reallıqları Ermənistanın ma­raqlarına uyğun təhrif ediblər. Özünə və keçmişinə hörmət etməyən Lemkin institutu da bunu “alternativsiz həqiqət” kimi ictimaiyyətə sırımağa çalışır.

Son otuz ildə minlərlə insanın həya­tına son qoyan iki genişmiqyaslı müha­ribənin günahkarı məhz işğalçı siyasət yürüdən Ermənistandır. Bunu hamı bilir, Azərbaycanın ancaq sülhsevər planlarla idarə olunduğunu, niyyətləri­nin heç bir şəkildə hərbi əməliyyatlar və təcavüzkar planlarla bağlı olmadı­ğını Lemkin İnstitutu da gözəl anlayır. Ancaq bu qurum vurğunu kobud şə­kildə dəyişdirir və erməniləri şəraitin “qurbanı” kimi qələmə verməyə çalışır. Halbuki, otuz il Azərbaycan torpaqla­rında işğal şəraitini məhz ermənilər yaratmışdılar. Azərbaycan, sadəcə, ədalətsizliyə, terrora və separatçılığa son qoydu. 

Aydındır ki, regiondan kənarda Cə­nubi Qafqazın indiki sakit vəziyyəti ilə qane olmayan güc mərkəzləri var. Onlar Avrasiyada strateji mövqeyə malik Cə­nubi Qafqaz regionunu geosiyasi am­bisiyalarına uyğun dəyişdirməyə çalı­şırlar. Lemkin institutu kimi qurumlar da bu mərkəzlərin əlində alətə çevriliblər. Amma ədalətin yanında möhkəm yer alan Azərbaycan belə məkrli planların reallaşmasına imkan verməyəcək və bu mənada müxtəlif siyasi dairələrin sifa­rişləri əsasında işləyən Lemkin institu­tunun fəaliyyəti də qərəzdən başqa bir şey deyil. Qərəzə də münasibət bəllidir.

S.ELAY
XQ

Siyasət