Bakı Təşəbbüs Qrupu: neokolonializmlə mübarizədə yeni tarixi səhifə

post-img

II MƏQALƏ

Mən zənciyəm, zənci olaraq da qa­lacağam.

Eme Sezer

Sezerin müstəmləkə hekayəsi

Eme Sezer şair və siyasətçi olmuşdur. 1913-cü ildə Bas-Puentdə dünyaya gəlmişdir. Ölkəsinin adı Martinikadır. Bu, Atlantik oke­anında yerləşən adadır. Qərb sahillərini Karib dənizi yuyur. Ərazisi 1.128 kvadratkilometr­dir. Xristofor Kolumb onu dünyanın ən gözəl ölkəsi adlandırmışdır. 1946-cı ilə qədər Fran­sanın müstəmləkəsi olmuşdur. 1946-cı ildə E.Sezerin də fəaliyyəti sayəsində Fransanın də­nizaşırı departamenti hüququnu qazanmışdır. Bu ölkənin müstəqilliyi uğrunda “Martinika­nin Müstəqillik Hərəkatı” və “Ekoloqların və demokratların suveren Martinika Uğrunda Hərəkatı” mübarizə aparır. Çünki Fransa is­tismarı ölkənin təbiətini böyük təhlükə qarşı­sında qoymuşdur! 

Eme Sezerin həyatı Martinikanın kiçik hekayəsidir. Belə ki, Fransada kollecdə təh­sil almışdır. 1930-cu illərdə Parisdə “Qara tələbə” jurnalını yaratmışdır. İkinci dünya müharibəsi zamanı Martinikaya qayıtmışdır. Paytaxt For-de-Fransın 1945-2001-ci illərdə meri olmuşdur ki, bu da bir epoxadır. Eyni zamanda, 1946-1956-cı illərdə və 1958-1993-cü illərdə Fransa Milli Məclisində iş­ləmişdir. 2008-ci ildə dünyasını dəyişmşdir. 

O, “mən zənci olaraq qalacağam” fikri­ni elə-belə söyləməmişdir. Bu, bir Martinika müstəmləkə məmləkətinin vətənpərvər zi­yalısının Fransa müstəmləkəçilik siyasətinə daxili və intelektual etirazı idi. Onu nəzərə almaq lazımdır ki, Martinikanın müstəmləkə statusundan dənizaşırı Fransa departamenti statusuna yüksəlməsində E.Sezerin rolu çox olmuşdur. Lakin yenə də fikir verin: Paris Fransa mühitində təhsil almış bir xarici in­sanla iş görmüşdür! O, milli olanlara yuxa­rıdan aşağı baxır və onları mədəniyyətsiz hesab edirdi! İndi Fransanın mövqeyində nə dəyişib ki?...

Kolonialist Fransa – yazıq fransızlar!

Fransa XXI əsrə 13 müstəmləkə ərazi­sində ağalıq etməklə başladı. Bu ərazilərdəki təbii sərvətləri qəsb etdi. Bu proses indi də davam etməkdədir. Qəribəsi odur ki, ərazicə çox-çox uzaqlarda olan özgə torpaqlarını iş­ğal altında saxlayan, əsrlərlə onların var-döv­lətini talan edib Fransaya daşıyan bir Avro­pa dövləti Cənubi Qafqazda mövcud olan bir münaqişəni ədalətli həll etmək iddiasını ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi davam etdirirdi. Maraqlıdır ki, Azər­baycan torpaqlarının işğalı səbəbindən başla­yan Azərbaycan-Ermənistan münaqişəsinin “ədalətli” həll edilməsinə müvəkkil olun­muş hər üç dövlət (ABŞ, Fransa və Rusiya) müstəmləkəçi idi. Onlardan ABŞ və Fransa aktiv müstəmləkəçi idilər, Rusiya isə Cənu­bi Qafqazı xeyli öncə işğal etmiş dövlətdir. Bu üç dövlətin münaqişənin ədalətli həllin­də uğursuzluqlarının kökündə, məncə, məhz bu faktor dayanır. Yəni, onlar faktiki olaraq problemi ədalətli və hüquqi əsasda aradan qaldırmaqda dərindən maraqlı deyildilər. 

Fransanın müstəmləkəçi xisləti isə daha qabarıq özünü göstərir. Bunu onun həmsədr kimi fəaliyyəti ilə yanaşı, məsələni Azərbay­can təkbaşına ədalətli həll edəndən sonra rəs­mi Parisin atdığı addımlar da sübut etməkdə­dir. Fransa Afrikadakı istismarçılığını bir heç sayaraq, ona münasibəti ilə Cənubi Qafqazda erməni işğalına açıq dəstək verməyi birləş­dirmişdir. Ona elə gəlir ki, Afrikada müstəm­ləkəçi Qafqazda isə “ədalətli vasitəçi”, “li­beralizm və demokratiya tərəfdarı” ola bilər. Eyni zamanda, özü bu “geosiyasi bataqlığın” içində qalmaqla başqalarını nədəsə ittiham edə bilər. Qarşılığında da heç bir əks-təsir görməli deyil!

Azərbaycan həm ölkə rəhbərinin dərin diplomatiyası, həm beynəlxalq təşkilatlarda­kı fəaliyyəti, həm də xüsusi Bakı Təşəbbüs Qrupunu yaratmaqla Parisin bu xülyalarını darmadağın etdi. İndi Eyfel qülləsi mədəni dünyanın “fəxarət zirvəsi” kimi deyil, haq­lı olanlara şər-böhtan yuvası kimi görünür. Bu prizmadan baxanda Azərbaycan, əslində, həm bütövlükdə dünya ictimaiyyətinə, həm də ayrıca Fransanın dövlət kimi imicini bərpa etməyə böyük yardım göstərir. Fikrimizi izah etməyə çalışaq.

Xaos və təhlükələrlə mübarizədə dünya seçimi

Sözün əsl mənasında, dünya xaosla mü­barizədə çox çətinlik çəkir. Bir sıra böyük dövlətlərin əsassız iddiaları qarşısında sülhün başı “aşağı” düşmüşdür. Dünyanın əksər döv­lətləri haqqa, ədalətə və beynəlxalq hüquq normalarının işlədiyinə inanmırlar. Müxtəlif ölkə rəhbərləri bu və ya digər kontekstlər­də bunu ifadə etmişlər və o, davam edir. Bu xüsusiyyət yalnız dünyanın müəyyən regi­onlarına xas olan geosiyasi reallıq deyildir – bütövlükdə bəşəriyyəti silkələyən prosesdir. Çox təəssüfedicidir ki, bu fəlakəti görə-görə bir sıra böyük dövlətlər öz xislətlərindən əl çəkmirlər və meydana yeni-yeni risklər çıxır. Afrikada, Avrasiyada, Uzaq Şərqdə, Latın Amerikasında, Yaxın Şərqdə bunun əlamət­lərini aydın görmək mümkündür. 

Deməli, bütövlükdə bəşəriyyət xaos və təhlükələrlə mübarizə dövründədir. Belə bir şəraitdə özlərini güclü hesab edən dövlətlər necə davranmalıdırlar? Onlar, hər şeydən öncə, bəşəriyyəti bürüməkdə olan bu xaos alovunu söndürməyə çalışmalıdırlar. Reallıq isə başqa proseslərin getdiyini nümayiş et­dirir. Fransanın Afrika və Qafqaz istiqamət­lərində yeritdiyi siyasətə də vahid bucaq altında baxanda həmin qeyri-müəyyənliyi, riskləri və təhdidləri görə bilərik. 

Fransa hazırda XVI əsrdə ispanların La­tın Amerikası siyasətindən fərqli davranmır. İspanlar hansı vəhşiliklə İnka İmperiyasının başçısını siyasi riyakarlıq işlədərək məhv etdilərsə, Fransa “daha sivil” üsularla, lakin mahiyyətcə ispan davarınışdan fərqlənməyən üsullarla 13 müstəmləkə ərazisini talayır. Onların dilini, təhsilini, mentalitetini, mə­dəniyyətini, azad olmaq və müstəqil dövlət ola bilmək düşüncələrini vəhşicəsinə məhv edir. Ümumiyyətlə, Avropa dövlətlərinə xas olan bu xüsusiyyəti B.Anderson, P.Feyera­bend, O.Şpenqler və digər vicdanlı alimlər kəskin tənqid etmişlər. Onlar açıq yazmışlar ki, avropalılar özlərinin qərəzli, riyakar və müstəmləkəçi siyasətləri ilə çox sayda tay­faları, onların mədəniyyətlərini, mental özəl­liklərini məhv etmişlər və bununla, bütövlük­də, dünyaya böyük zərər vermişlər. Fransanın Afrikada etdiyi bundan başqa bir şey deyildir. Onun müstəmləkəçiliyinə qarşı üsyanlar hə­mişə olmuşdur və indi də davam edir. Tə­sadüfi deyildir ki, Bakı Təşəbbüs Qrupunun tədbirlərinə müstəmləkə altında olan Afrika ölkələrinin təmsilçiləri aktiv surətdə qatılır və Fransanın orada etdiklərini sərt formada tənqid atəşinə tuturlar. Deməli, Bakı afrika­lılara öz haqlarını tanımaqla yanaşı, onun uğ­runda hüquqi mübarzə aparmağı da öyrədir. Bu da bəşəri bir xidmətdir!

SOS! Fransa Qafqazda

İndi Fransanın Qafqazdakı fəaliyyətinə nəzər yetirək. Təəccüblüdür ki, rəsmi Pa­ris Qafqaza da Afrika kimi baxır. Fransanın enerji və təbii sərvətlər izində olduğu haqqın­da KİV-də xeyli yazılar dərc edilmişdir. Rəs­mi Paris müxtəlif üsullarla bu məqsədinə çat­mağa çalışır. O, burada ermənilərdən vasitə kimi istifadə edir. Ermənilər də buna gedirlər, çünki onların siyasi şüuru əsrlərdir ki, kölə şüurudur. Bəzi hallarda erməni siyasi şüuru mazoxistcəsinə istismar olunmasını və təhqir edilməsini istər. Fransa da, bundan istifadə edir. Ermənistan rəhbərliyinə şişirdilmiş vəd­lər verərək, onları müxtəlif təxribatlara sü­rükləyirlər. Azərbaycandan aldıqları sərt ca­vablar erməniləri durdurur. Lakin onlar hələ də tamamilə fransız müstəmləkə hikkəsindən yaxa qurtara bilmirlər. 

Həmin aspektdə Fransanın “erməni hüququ”ndan danışması boş sözlərdən başqa br şey deyildir. Çünki əgər, doğrudan da Pa­risi kimlərinsə hüququ real olaraq maraqlan­dırsaydı, öncə Ermənistandan və Qarabağ­dan qovulan milyon nəfər azərbaycanlının hüquqlarını dilə gətirərdi. Ermənilərə deyərdi ki, azərbaycanlılara qarşı işlətdiyiniz hüquqi pozuntuları bərpa etmədən hər hansı erməni hüququndan danışmağın yeri yoxdur. Eyni zamanda, Azərbaycan ermənilərin hüquqları­nı pozan bir addım belə atmamışdır. Azərbay­can dövlət, xalq və toplum olaraq öz torpaq­larını işğaldan azad etmişdir. Vəssalam! 

İndi bir neçə yüksəkliyi Azərbaycan Or­dusunun nəzarətdə saxlaması da Azərbaycan ərazisinə qarşı törədilən təxribatların qarşısı­nı almaq üçündür və faydasını hər kəs görür. Artıq ermənilər geniş əl-qol aça bilmirlər. 

Belə çıxır ki, Fransa Qafqazda da üstüör­tülü müstəmləkəçi siyasətini davam etdir­məyə çalışır. Bunun qarşısında isə dayanan yeganə Azərbaycandır. Təcrübə göstərdi ki, hətta, Gürcüstan müəyyən məqamlarda müstəmləkəçi qarşısında geri çəkilir. Saxta “Avropa dəyərləri universaldır” tezisi gürcü siyasi şüurunu da çaşdırır. Bakı Təşəbbüs Qrupu bütün bunlara görə, real xilas platfor­masıdır! Səbəblərini izah etməyə çalışaq. 

Bakı Təşəbbüs Qrupu – strateji platforma

a) Qlobal kontekst

Məsələnin bu aspekti qlobal miqyasda aktualdır. Çünki hazırda dünyanın əksər döv­lətlərində indi mövcud olan qlobal güclərin ədalətsiz və beynəlxalq hüquqa uyğun olma­yan hərəkətlərinə qarşı real addım atmağın faydasına inanmırlar. Bu inamsızlıq, bütöv­lükdə, bəşəri səviyyədə bir bədbinlik yaradır ki, bunun da inkişaf etmiş forması psixoloji natamamlıq kompleksidir. Dünya xalqları öz gələcəklərinə psixoloji natamamlıq sindromu ilə baxarlarsa, heç bir sahədə etibarlı inkişaf­dan danışmaq mümkün olmaz. 

Digər tərəfdən. hələ keçən əsrin 80-90-cı illərindən siyasilər, alimlər, iş adamları, KİV nümayəndələri mövcud əməkdaşlıq formatı­nın qlobal miqyasda yeniləşməsi zərurətin­dən bəhs edirlər. Deməli, illərdir ki, dünya siyasi şüuru dilemma qarşısındadır və faktiki olaraq, “qapalı psixoloji dairədə” çapalayır: bir tərəfdən hüquqsuzluğu, ədalətsizliyi hamı görür, digər tərəfdən ona qarşı mübarizə aparmağın müsbət nəticə verəcəyinə inanmır. Məhz bu kimi qapalı psixoloji dairələri qır­maq üçün liderlərin aktiv fəaliyyəti lazımdır. 

Keçən əsrin 90-cı illərində Ulu öndər bunun nümunəsini BMT-nin tədbirlərində göstərdi. Açıq ifadə etdi ki, dünya belə davam edə bilməz – böyük dövlətlərin özlərinə və dünyaya münasibətləri yenilənməlidir. Son­ra R.T.Ərdoğan Ulu öndərin izi ilə gedərək “dünya beşdən böyükdür” tezisini ifadə etdi. Bunlarla yanaşı, XXI əsrdə Azərbaycan Pre­zidenti İlham Əliyev həm konseptual fikirlər irəli sürdü, həm də onları birbaşa praktikada reallaşdırmağa başladı. Yeni müstəmləkəçi­liyə qarşı Bakı Təşəbbüs Qrupunun yaradıl­ması birbaşa həmin fəaliyyətin məntiqi və praktiki davamıdır.

b) Regional və beynəlxalq təşkilatlar çevrəsi

Fiolosof və politoloqların qənaətinə görə, dünyanın qlobal miqyasda ziddiyyətlərə dü­çar olmasının kökü hazırda öz iradələrini dik­tə etməyə çalışan 5 dövlətə alternativ gücün olmaması ilə bağlıdır. Başqa yöndən baxanda, bu, o deməkdir ki, dünya miqyasında gücləri balanslaşdıra biləcək yeni qlobal geosiyasi qüvvə yaranmalıdır. Bu keyfiyyətdə Qoşul­mama Hərəkatına müəyyən ümidlər vardır. Azərbaycan Prezidenti İlham Əliyev də Qo­şulmama Hərəkatının dünyanın yeni geosi­yasi güc mərkəzi kimi balanslaşdırıcı funk­siya yerinə yetirə biləcəyini ifadə etmişdir. İlham Əliyevin təşkilatdakı fəaliyyəti məhz bu strateji məqsədə çatmağa tam uyğundur. Pandemiya mərhələsində Azərbaycan Prezi­dentinin təbəbbüsü ilə Qoşulmama Hərəka­tının təklifi kimi BMT beynəlxalq miqyasda ədalət məsələsini müzakirə etdi. İndi isə yenə də Azərbaycan Prezidentinin təşəbbüsü və təklif etdiyi format əsasında dünyada yeni müstəmləkəçiliyə qarşı mübarizə üçün Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bununla Azərbaycan həm yeni qlobal geosiyasi gücün özünütəsdiqi üçün təşəbbüslərə davam edir. Həm dünya xalqlarını nikbinliyə və fəaliy­yətə səsləyir, həm də regional və milli miq­yaslarda ciddi bir prosesi motivə edir. 

Türk dünyası və Bakı Təşəbbüs Qrupu 

Bakı Təşəbbüs Qrupu yeni müstəmləkə­çiliyə qarşı fəal mübarizə aparmaqla ən azı iki straeji məqsədi aktuallaşdırır. Birincisi, Cənubi Qafqazın lider dövləti kimi Azərbay­canın dünya miqyasında geosiyasi statusuna yeni məna çaları verir. Azərbaycan Avrasi­yada yeganə dövlətdir ki, beynəlxalq təşkilat çərçivəsində yeni müstəmləkəçiliyə, konkret olaraq, Fransa müstəmləkə siyasətinə qarşı dövlətlərin mübarizəsini yönləndirir, onlara məzmun və məqsəd verir. Bu, müstəqil bir dövlətin regional miqyası aşaraq, yeni səviy­yədə təsir gücünü artırması deməkdir. Özü də Qərb siyasilərinin çox sevdiyi “yumşaq güc” vasitəsilə bunu etməkdədir. Belə ki, müstəmləkə siyasətinin qurbanlarının özləri bu mübarizəni sırf hüquqi müstəvidə apa­rırlar. Bununla onlar həm özlərinə inam ya­radırlar, həm də Fransa kimi istismarçıların real simalarını dünyaya göstərirlər. Fransa artıq insanların təsəvvürlərində demokratiya beşiyi deyildir!

Lakin Bakı Təşəbbüs Qrupunun fəaliy­yətinin təsir dairəsi strateji aspektdə yalnız Cənubi Qafqazla məhdudlaşmır. Bütövlükdə, Türk dünyası üçün bu, çox vaclb faktordur. Biz məsələnin türklərin hüquqlarının bütün dünya üzrə təmin oluması tərəfini nəzərdə tu­turuq. Afrikalıların təbii hüquqlarını müdafiə edən türk dövləti Azərbaycan avtomatik ola­raq, dünyanın hər guşəsində həm də azərbay­canlıların və digər türk xalqlarının hüquqları­nı qorumaq haqqı qazanır. İndən belə kimsə ciddi surətdə Azərbaycanın bu təşəbbüsünün qarşısında dura bilməz. Azərbaycan və di­gər türk dövlətləri insanların hüquqlarını hər zaman aktiv və real surətdə qoruya bilmək təcrübəsi qazanır və başqalarına da qazandı­rırlar. Yəni, Bakı Təşəbbüs Qrupu müstəm­ləkəçiliyə qarşı mübarizə platforması kimi bütün dünyaya nümunə ola bilər! Azərbaycan buna da nail olacaq!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət