Misli Premyer Liqasında XIII tur

post-img

Ötən bazar günü keçirilən 2 oyunla Misli Premyer Liqasında XIII tura yekun vurulub. Şamaxıda yerli komanda “Sumqayıt”ı qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Kərim Rossi 70-ci dəqiqədə komandasını hesabda önə çıxarıb. 88-ci dəqiqədə Aleksa Yankoviç tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Aleksandr Ramalinqom qələbə topunu vurub.

Günün ikinci oyununda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb – 2:1.

“Qırmızı-qaralar”ın heyətində 15-ci dəqiqədə Prins Ovusu, 59-cu dəqiqədə Adriel Ba Loua fərqləniblər. Qonaqların heyətində isə 39-cu dəqiqədə Bəxtiyar Həsənalızadə fərqlənib.

Qeyd edək ki, XIII turda “Zirə” “Kəpəz”i (2:0), “Sabah” “İmişli”i (3:0), “Qarabağ” “Karvan-Yevlax”ı (2:0) məğlub edib. “Turan-Tovuz” – “Neftçi” oyununda hesab açılmayıb.

Qabil YUSİFOĞLU
XQ

İdman