İrina Zaretskanın Dünya bürüncü

post-img

Azərbaycanın karateçisi İrina Zaretska Misirin paytaxtı Qahirədə keçirilən Dünya çempionatında medal qazanıb. 68 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda görüşdə qalib gələrək bürünc mükafata sahib çıxıb.

Asiman Qurbanlı (84 kiloqram) isə bürünc medal qarşılaşmasında uduzaraq, yekunda 5-ci yeri tutub.

Qabil YUSİFOĞLU
XQ

İdman