Azərbaycanın fiqurlu konkisürmə üzrə idman tarixində ilk dəfə olaraq azərbaycanlı idmançı Avropa Çempionatında iştirak edəcək.
27-30 noyabr tarixlərində İstanbulda keçirilən “Bosphorus Cup” adlı yarışda qısa və sərbəst proqram üzrə çıxış edən fiqurlu konkisürənimiz Nərgiz Süleymanova 26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medala sahib olub və Avropa Çempionatına vəsiqə qazanıb.
Digər idmançımız Səbinə Əliyeva öz rəqibləri arasında 137.22 xal toplayaraq 6-cı yerə, yeniyetmə idmançımız Arina Kalugina isə 154.85 xalla 5-ci yerə sahib olub.
Qabil YUSİFOĞLU
XQ

