ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün razılaşmanın perspektivləri ilə bağlı nikbin olduğunu bildirib. O, bunu bazar günü Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələrini şərh edərkən deyib.
Məlumatı “Anadolu”yayıb.
“Düşünürəm ki, bizim razılıq əldə etmək üçün hər cür şansımız var”, - deyə Ağ Ev rəhbəri təyyarədə mətbuata bildirib.
O, qeyd edib ki, Ukraynanın “bəzi kiçik mürəkkəb problemləri” var: “Ukraynanın bir sıra mürəkkəb problemləri var, lakin hesab edirəm ki, Rusiya bunun həllini görmək istərdi. Bilirəm ki, Ukrayna mütləq bunu istəyir”.
Tramp bildirib ki, son bir ayda Rusiya-Ukrayna müharibəsində “təxminən 27 min əsgər ölüb”.
Xatırladaq ki, Mayami şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan sonra ABŞ dövlət katibi Marko Rubio və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məsləhətləşmələri “məhsuldar” adlandırıblar.
P.ƏMİRCANOV
XQ

