Azərbaycan–Ermənistan şərti sərhədində Fransanın qəfil hücum planı

post-img

Avropanın müşahidəçilik oyunu və ələ keçmiş Çexiya vətəndaşı

Əlbəttə, Çexiya vətəndaşının Ermənistandan Azərbaycana keçmək istəməsi düşünməyə vadar edir. Özü də nəzərə alaq ki, adı açıqlanma­yan həmin şəxs Ermənistan tərəfindən minalanmış zonadan keçib. Bu­nun özü də şübhələrə yol açmaqdadır. Deməli, hansı ərazinin təhlükəsiz olduğunu bilirmiş. Görünür, həmin şəxsin hesablamadığı bir məqam olub ki, o da Azərbaycan sərhədçiləri tərəfindən yaxalanmasıdır. Hazır­da faktla bağlı araşdırmalar aparılır. Heç şübhəsiz, əlavə bilgilər də üzə çıxacaq. 

Hər halda, məsələ maraq doğur­maqdadır. Bu, nə deməkdir? Çexi­ya vətəndaşı hara, qeyri-qanuni yolla Azərbaycana keçmək hara? Suallara cavab axtararkən, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransa nümayəndələrinin Ermənistan–Azərbay­can şərti sərhədində tez-tez görünmək­də olduqlarını yada salmalıyıq.

Qeyd edək ki, bu il fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İtti­faqının Ermənistandakı mülki missiya­sının yerləşdiyi ərazilərə baş çəkib, sər­həddəki vəziyyətlə tanış olub. Görəsən, fransız general nəyi müəyyənləşdirmək istəyirmiş? Hələlik, mövcud istiqamətdə konkret nə isə demək çətindir. Yalnız müəyyən ehtimallar irəli sürmək müm­kündür. Bu barədə söz açacağıq. An­caq əvvəlcə bir məqama diqqət yetirək.

Azərbaycan rəhbərliyi bəyan edib ki, Ermənistan və havadarları tərəfin­dən sərhəddə hansısa hərəkətlilik hə­yata keçirilsə, ölkəmiz adekvat addım­lar atacaq. Deməli, bu cəhdlər barədə bilgilərimiz var. Hər halda, Azərbaycan rəsmilərinin bəyanatları reallıqla fik­sasiya olunmaq potensialına malikdir. Yəni, elə-belədən səsləndirilməyib. Əvvəl fransız generalı, sonra Çexiya vətəndaşı. Görəsən, növbədə daha kimlər var?.. Əlbəttə, bütün bunlar kəş­fiyyat-diversiya fəaliyyətinin izləri kimi nəzərə çarpmaqdadır. Bə o zaman məqsəd nədir? 

Qeyd edək ki, Avropa İttifaqının mülki müşahidə missiyasının tərki­bi əsasən fransız jandarmlarından və pensiyada olan alman polislərin­dən ibarətdir. Onların sayı iki yüzdən çoxdur. Bir müddət əvvəl missiyanın silahlandırılmasına dair fikirlər də ya­yılmışdı. Heç şübhəsiz, kontingent si­lahla rəftarı bacaran şəxslərdən təşkil olunub və hələ bilmək olmaz ki, onun üzvləri üzərilərində silah gəzdirirlər, ya yox. Sözümüz ondadır ki, silahlarının olması tam mümkündür. 

Onu da düşünək ki, avropalı mü­şahidəçilərin Ermənistan–Azərbaycan sərhədinin Ermənistan tərəfində patrul xidməti həyata keçirmələri Azərbayca­na qarşı destruktiv mövqe tutan Fran­sanın istəyidir. Paris İrəvanı müdafiə etmək üçün belə bir təşəbbüsə baş vu­rub və eyni zamanda, hərbi mövcudiy­yət üçün presedent də formalaşdırıb. Tam mümkündür ki, müşahidəçilər “zə­rurətlə əlaqədar olaraq özlərini müdafiə məqsədilə” silah götürəcəklərini bəyan etsinlər. Axı, ermənipərəstlərin “əsas tapmaları” su içimi kimi asandır... 

Digər tərəfdən, son zamanlar Ermə­nistan rəhbərliyi tərəfindən Azərbaycan və Ermənistan qoşunlarının olduqları mövqelərdən geri çəkilmələrinə dair bəyanatlar səslənməkdədir. Bunu av­ropalılar da gündəmə gətirirlər. Rəsmi İrəvan, eyni zamanda, bildirir ki, Azər­baycan suveren Ermənistanın ərazi­sini işğal edib. Halbuki, məsələni belə qoyuluşu tam yanlışdır. Ölkəmizin hər­bçiləri, sadəcə, strateji əhəmiyyət da­şıyan yüksəklikləri ələ keçiriblər və bu mövqelərə sahiblənmək təxribatların qarşısını almaq məramına söykənir. Təxribatlar isə olub və görünür yenə də olacaq. Haqqında söz açdığımız iki fakt da fikrimizin təsdiqi kimi nəzərdən ke­çirilə bilər. 

Bəli, hər zaman bildirmişik ki, Qərb Ermənistanı illüziya bataqlığına çək­məkdədir. Xüsusən də Fransanın hərəkətləri bu baxımdan daha qabarıq təsir bağışlamaqdadır. Ölkə Senatının qətnaməsi, eləcə də mediasının ay­rı-ayrı materiallarının məzmunu onu deməyə əsas verir ki, hazırda Parisin istəyi Ermənistanı növbəti dəfə Azər­baycana qarşı müharibəyə təhrik et­məkdir. Fransız mediasında “qəhrəman erməni xalqı”, “Qarabağ ermənilərinin Azərbaycana nifrəti” mövzuları heç də elə-belədən yaranmayıb. 

Nifrətin əməli nəticələr verməsi na­minə Ermənistana silah-sursat yardımı da var. Nəzərə alaq ki, Hindistanın Er­mənistana göndərdiyi silahlar da, fakti­ki olaraq, Fransaya məxsusdur. Daha dəqiq deyək ki, Ermənistana Fransa­ya məxsus, lakin Hindistanda istehsal olunmuş silahlar göndərilir. Fransızlar öz silahlarını hindistanlıların ucuz işçi qüvvəsi hesabına hazırlayırlar. Belə praktikadan müxtəlif Avropa brendlə­ri də yararlanırlar. Onlar fabrik və za­vodlarını ucuz işçi qüvvəsi olan Asiya ölkələrində qururlar. 

Beləliklə, Fransa ucuz istehsal olunmuş silahlarını Ermənistana verir ki, ikinci hər zaman Azərbaycana qar­şı, belə demək mümkünsə, əli tətikdə dayansın. Görünür, bu mürəkkəb kon­fiqurasiyada avropalı müşahidəçiləri kəşfiyyat məqsədilə istifadə də əsas götürülür. Ancaq indiki məqamda baş­lıca vəzifə İrəvana ruh verməkdir. Həm əldə edilmiş məlumatlara, həm də son günlər sülh gündəmi baxımından Er­mənistan rəhbərliyinin ortaya atdığı qoşunların güzgü qaydasında geri çə­kilməsi ritorikasına əsasən deyə bilərik ki, ermənilərdə ruh yüksəkliyi formalaş­dırmaq üçün başlıca vəzifə Azərbay­can hərbçilərinin qərarlaşdıqları strateji yüksəklikləri qəfil sürətli hücumla geri qaytarmaqdır. 

Burada əsas rol Fransaya məx­susdur. Parisin nəzərdə tutduğu plana əsasən hücum gözlənilməz olmalıdır. Çox güman, fransız generalın şərti sər­həddə peyda olmasının da, elə Çexiya vətəndaşı olan şəxsin minalanmış zo­nanı keçib Azərbaycan tərəfinə keçmə­sinin da balıca məqsədi budur. 

Hər bir halda, belə gedişlərin heç bir nəticə verməyəcəyi birmənalıdır. Yəni, Azərbaycan hərbçiləri münasib bildik­ləri nöqtələrdən bir addım geri çəkilən deyil. Bunu ölkəmizin rəhbərliyi, kifayət qədər, əmin tərzdə bəyan edib. Deməli, avropalılar nəzərə almalıdırlar ki, hazır­kı durumda sərhəd zolağı kimi qiymət­ləndirilmiş ərazidə hansısa hərəkətlilik yaratmaq, nəinki Bakı-İrəvan sülh pro­sesinə zərbə vurmaqdır, habelə, Ermə­nistanı real təhlükəyə atmaqdır. Çünki hərəkətlilik hücum cəhdi kimi qiymət­ləndiriləcək və buna layiqli cavabın ve­rilməsi isə mütləqdir. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət