Seçkilər Azərbaycanda bütün ölkə ərazisini əhatə edəcək

post-img

Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.

Bu fikirləri Mərkəzi Seçki Komis­siyasının sədri Məzahir Pənahov MDB-nin Baş katibi Sergey Lebedev ilə görüş zamanı səsləndirib. O bildirib ki, ölkəmizdəki seçkiləri müşahidə etmək üçün 790 beynəlxalq müşahidəçi qey­diyyatdan keçib.

***

Həmin gün MSK sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərini izləmək üçün Azərbaycana gələn İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyəti, Monteneqro­dan olan həmkarı Nikola Mugosa , Gür­cüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti, Maldiv və Uk­rayna Mərkəzi Seçki komissiyalarının üzvləri ilə görüşüb.

Görüşlərdə qarşılıqlı maraq doğu­ran məsələlər barədə də fikir müba­diləsi aparılıb.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Qazaxıstan Mərkəzi Seçki Komis­siyasının sədri Nurlan Abdirov ilə görü­şüb.

MSK-nın sədri Məzahir Pənahov ölkədə seçki prosesinə hazırlıq barədə məlumat verib. Qeyd edib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki pro­sesi onlayn rejimdə izləmək mümkün olacaq.

Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov çıxışında prezident seçkiləri­nin böyük məsuliyyət olduğunu qeyd edib. O, ölkəsinin Azərbaycanla əmək­daşlığa, dostluğa böyük önəm verdiyini diqqətə çatdırıb. Ölkəmizə 6 müşahi­dəçi ilə gəldiklərini deyən qazaxıstanlı qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçkiləri müşahi­də edəcəklərini deyib.

XQ



Son xəbərlər