Azərbaycan BMT TŞ-nin Qarabağ müzakirəsində haqlı mövqeyini qətiyyətlə müdafiə etdi

post-img

Ermənistanın Təhlükəsizlik Şurasından sui-istifadə cəhdləri rədd edildi 

Erməni əsilli sakinlərlə Azərbaycanın mərkəzi hökumət rəsmiləri arasında birbaşa dialoqla müşayiət olunan tərksilah və demilitarizasiyanın praktiki icrasına başlandığı bir vaxtda beynəlxalq ictimaiyyət tərəfindən hazırkı vəziyyətin nəzərdən keçirilməsi aktuallıq və faydalılıq baxımından mövcud reallıqlara uyğun olmalıdır. Birtərəfli və qərəzli, əsas etibarı ilə Təhlükəsizlik Şurasında bugünkü müzakirələrin çağırılmasının kökündə duran məhdud siyasi mülahizələr və ya lobbi əlaqələrindən irəli gələn yanaşma tamamilə qeyri-məhsuldar və faydasızdır.

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasında Qara­bağla bağlı müzakirəsindəki çıxışında deyib.

Belə bir fəaliyyətə arxalanmağın artıq bir neçə dəfə uğursuzluqla nə­ticələndiyini xatırladan nazir qeyd edib: “Bu, yalnız diqqəti real normal­laşma prosesindən yayındıra bilər ki, bu da Azərbaycan və Ermənistanın deyil, mövcud fikir ayrılıqlarını öz si­yasi məqsədləri üçün sui-istifadə et­məkdə davam edən müəyyən kənar qüvvələrin marağındadır.

Beləliklə, 30 il davam etmiş qan­lı münaqişədən sonra Ermənistanla Azərbaycan arasında yaxşı qonşu­luq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırkı həlledici məqamda bütün beynəlxalq ictimaiy­yət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdid­lərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir”.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan ölkəmizin Qa­rabağ bölgəsinin yerli erməni sakinlərinə onların hüquq və azadlıqlarının Azərbaycanın Konstitusiyası və müvafiq beynəlxalq insan hüquqları mexanizmləri, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün nəzərdə tutulan mexa­nizmlərə uyğun şəkildə təmin edilməsinə dair zəmanət ve­rilməsi istiqamətində qətiyyət­li olduğunu bir daha təsdiqlə­yir.

Azərbaycanın müxtə­lif etnik, dini və ya linqvistik azlıqları bir millət daxilində birləşdirməsinin qürurlu tarixi olduğunu vurğulayan nazir bildirib: “Etnik erməni sakinlər bizim sülhsevər birgəyaşayış modelimizin bir hissəsi olma­ğa dəvətlidir. Eyni zamanda, Azərbaycan, bütün dövlətlə­rin beynəlxalq hüquq çərçivə­sində digər dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyası istiqamətində göstərilən səylərə zərbə vur­mamaq və qonşu dövlətlərin ərazisində separatizmi qızış­dırmamaq barədə öhdəliyi olduğunu xatırladır. Azərbay­can, bölgədə sülh, sabitlik və rifahda səmimi marağı olan bütün beynəlxalq tərəfdaşlar­la konstruktiv əlaqəyə açıq­dır”.

Ermənistanın Azərbay­can ərazisini işğal etməsi nəticəsində yaradılmış qon­darma rejimin qurama “pre­zident seçkiləri” bəhanəsi ilə qanunsuz fəaliyyəti növbəti son dərəcə təxribatçı xarak­terli addım idi. Ermənistan bu addımları ilə Azərbaycanın suverenliyi və ərazi bütöv­lüyünün tanınması ilə bağlı verdiyi əvvəlki bəyanatlarını mahiyyətcə heçə endirmək məqsədi güddüyünü açıq şə­kildə ortaya qoydu. Bu, Ermə­nistanın sülh müqaviləsi üzrə danışıqları xoşməramla apar­madığını nümayiş etdirdi.

Nazir bildirib ki, Ermənis­tanın məqsədyönlü şəkildə sülh səylərini pozmaq cəhdlə­ri, Azərbaycana qarşı qondar­ma “blokada” və “humanitar böhran” kimi uydurma ittiham­lar əsasında bütün dünyada aparılan qarayaxma kampa­niyası ilə eyni zamanda baş verirdi. 2023-cü il sentyabrın 18-də Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakin­lərinin ehtiyaclarını ödəmək üçün humanitar yüklərin çat­dırılması məqsədilə bir neçə marşrutdan istifadə etməklə bağlı təklifinin həyata keçiril­məsi ilə Ermənistanın qara­yaxma kampaniyası mahiyyət etibarilə iflasa uğradı.

Antiterror tədbirləri Ermə­nistanın üçtərəfli Bəyanata əsasən, Azərbaycan əleyhinə bütün hərbi fəaliyyətlərin da­yandırılması və Azərbaycanın beynəlxalq səviyyədə tanın­mış ərazilərindən qüvvələrini çıxarmaq barədə götürdüyü öhdəliklərin əksinə olaraq saxladığı silahlı hərbiləşmə­nin miqyasını nümayiş etdirib.

Sadəcə 24 saat ərzində qanunsuz birliklərin 90-dan artıq postunun ələ keçirildiyi­ni, 20 döyüş maşını, 40 artil­leriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sis­temləri və 2 hava hücumun­dan müdafiə sisteminin zərər­sizləşdirildiyini bildirən nazir deyib: “Heç bir suveren döv­lət öz ərazisində belə qanun­suz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbay­can özünün bütün sakinləri­nin sağlamlığını və təhlükə­sizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət etmişdir. Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsas­lanaraq boz zonanı saxla­maqla bağlı sistematik cəhd­ləri dəf edilmişdir”.

Ermənistanın Təhlükəsiz­lik Şurasına müraciəti Azər­baycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq hu­manitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqə­dardır. Buna görə də Ermə­nistanın Təhlükəsizlik Şura­sına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlü­yünə hörmət və onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada po­zulmasıdır.

Təhlükəsizlik Şurasının növbəti dəfə belə məsuliyyət­siz şəkildə sui-istifadə edil­məsinin tamamilə qəbuledil­məzliyini, bu mötəbər orqanın nüfuzuna və etibarına ciddi zərbə olduğunu və tamamilə rədd edilməsinin vacibliyi­ni vurğulayan Azərbaycanın xarici işlər naziri bildirib: “Bu, həmçinin səmərəsiz və əhə­miyyətsizdir. Əslində bu gün Şura Azərbaycanın Qara­bağ regionunun erməni əsilli sakinlərinin hüquq və təh­lükəsizliyinə dair iddia edilən narahatlıqlar ilə əlaqədar müzakirələr üçün çağırılanda ərazidə antiterror tədbirləri dayandırılmış və bununla da Azərbaycanın Qarabağ regi­onunun erməni əsilli sakinlə­rinin praktiki olaraq reinteqra­siyasına imkan yaranmışdır”.

XQ

Siyasət