Təbiət alimləri Şərqi Zəngəzurda

post-img

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun əməkdaşları Şərqi Zəngəzur iqtisadi bölgəsində – Zəngilan və Qubadlı rayonlarında elmi ezamiyyədə olublar.

İnstitutun alim və mütəxəssisləri Zəngilan rayonu Rəzdərə kəndinin yaxınlığında, Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində dəniz səviyyəsindən 600-800 metr yüksəklikdə, antropogen mənşəli və qlobal iqlim dəyişkənliyi nəticəsində təbii floranın ayrı-ayrı növlərinin fizioloji xüsusiyyətlərini araşdıraraq inkişaf mərhələlərini tədqiq edib və onlara təsir edən mühit amillərinin parametrləri haqqında məlumat toplayıblar.

Ekspedisiya zamanı laboratoriya əməkdaşları tərəfindən götürülmüş nümunələr üzərində təyin, təhlil və tədqiqatlar laboratoriya şəraitində davam etdirilir.

XQ

Sosial həyat