Paralimpiyaçımız dünya reytinqində liderliyini qoruyub

post-img

Azərbaycanlı paralimpiya çempionu İmaməddin Xəlilov (70 kq) dünya reytinq sıralamasındakı liderliyini qoruyub.

O, Dünya Parataekvondo Federasiyası tərəfindən açıqlanan yeni reytinq cədvəlində 662,85 xalla liderliyini davam etdirir. Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay

Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov (58 kq) isə 356,66 xalla 3-cü pillədə qərarlaşıb.

Amin Şıxalıyev (63 kq) ötən reytinq cədvəli ilə müqayisədə 21,60 xalla iki pillə irəliləyərək 28-ci sıraya yüksəlib. Orxan Cəfərov (80 kq) isə 24,74 xalla 30-cu pillədədir.

Qabil YUSİFOĞLU
XQ

İdman