Erməni kilsəsi sülhün Brüssel formatına qarşı

post-img

Erməni avantürizmi var gücü ilə çalışır ki, Azərbaycanla sülh əldə olunmasın. Üzərində Bakının təzyiqini, beynəlxalq ictimaiyyətin güzəşt çağırışlarının təsirini hiss edən rəsmi İrəvan sülhə doğru yön aldıqca, həmin avantürizmin ən müxtəlif təzahür formaları meydana çıxıb prosesi pozmaq üçün cəhdlər göstərir. Əlbəttə, illüziya mərəzinə yoluxmuş prinsipsiz Ermənistan hakimiyyəti belə “çağırışlara” qapılır və destruktiv mövqedən çıxış edir. Nəticə isə budur ki, 44 günlük müharibədən sonra gözlənilən barış mühiti hələ ki yoxdur. Qəribə paradoks yaranır: savaş meydanında darmadağın olmuş ölkə sülhə gəlmir, öz aləmində şərtlər müəyyənləşdirir, prinsiplər irəli sürür, hansısa “qırmızı xətlər”dən dəm vuraraq, gündən-günə azğınlaşır. 

Ermənistan hakimiyyətinin azğın, sülhdən uzaq mahiyyətini doğu­ran amillərdən biri də erməni kilsəsidir. Azərbaycan və Ermənistan lidelərinin dünən Brüsseldə Avropa İttifaqı Şura­sının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşündən əvvəl Eçmi-ədzin kilsəsinin ali ruhani şurası de­yilən, din pərdəsi altında gizlənən eks­tremist yığını bəyanat yayıb. Bəli, baş nazir Nikol Paşinyanın güzəştə getmə­sinə və Bakının şərtlərini qəbul edərək sülhə doğru irəliləməsinə zidd münasi­bət göstərən bütün destruktiv qüvvələr öz təxribatçı işlərini görmüşdülər, bircə qalmışdı kilsə. 

“Biz Ermənistan hakimiyyətini güzəştli mövqelərindən əl çəkməyə, qətiyyət nümayiş etdirməyə və Art­sax xalqının öz doğma torpaqlarında müstəqil, təhlükəsiz və ləyaqətli hə­yatın təminatına çevriləcək vəziyyətin həllini əsaslı şəkildə təmin etməyə ça­ğırırıq”. Bu həyasız fikirlər Eçmiədzin kilsəsinin bəyanatının ana xəttini təşkil edir. Sənəddə, həmçinin Qarabağda humanitar vəziyyətin, guya, ağırlaşdı­ğı, Azərbaycanın davamlı anti-erməni fəaliyyət həyata keçirdiyi və bölgənin tam blokadası nəticəsində yerli əhali­nin vəziyyətinin çətinləşdiyi vurğulanır. Rusiya sülhməramlı qüvvələrinin səylə­rinin nəticəsizliyi, Bakının təcavüzünün yeni miqyaslar aldığı diqqətə çatdırılır. Beynəlxalq ictimaiyyətə aciz yalvarış­ların əksini tapdığı bəyanatda, eyni zamanda, Avropa İttifaqına üzv dövlət­lərə də müraciət ünvanlanır və “Laçın dəhlizi”nin (Berdzor yazılır – red.) qısa müddətdə açılması üçün kömək istəni­lir. Sənədin ən absurd məqamı isə ora­da ATƏT-in artıq canını tapşırmış olan Minsk qrupunun adının çəkilməsidir. Baş erməni kilsəsinin yalvarışında bu ölü qrupda təmsil olunan ölkələrə də üz tutulur. 

Əlbəttə, nəzərə alaq ki, ermə­nilər də insandır, onların da yaşadıqları torpaqlarda, qurduqları ev­lərdə ömür sürmək haqları var. Ancaq bu haqqa düşmən kəsilən Azərbaycan deyil, Ermənistan hakimiyyəti, onun havadarları, xaricdəki erməni lobbi və diaspor təşkilatları və əlbəttə ki, ermə­ni kilsəsidir. Bu mənada sonuncu daha mühüm “missiya”nı yerinə yetirməkdə­dir. Nəzərə alaq ki, tarix boyu erməni kilsəsi erməni avantürizminin ideoloji ruporu rolunda, ilhamvericisi qismin­də çıxış edib. Fikrimizin təsdiqi üçün əvvəlcə bir qədər yaxın keçmişin ha­disələrini incələyək. 

Yada salaq ki, erməni kilsəsi Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ savaşı zamanı da təx­ribatçı mövqe tutdu. Dini idarənin dərin əsaslı çağırışının sülhə söykənməli ol­duğu halda, Eçmiədzin qisas və işğal toxumları səpdi. 44 günlük müharibə dövründə sosial şəbəkələrin erməni seqmentini əlində avtomat tutmuş er­məni din xadimlərinin, keşişlərin şə­killəri “bəzədi”. Azərbaycan əsgərinin atəşi nəticəsində cəhənnəmə vasil olanlarını da gördük. Din adına rəzalət olan bu şarlatanların başçısı katalikos II Qareginin qəzəb və hiddət dolu mü­haribə çağırışlarına da şahidlik etdik. 

Ümumən, tarix boyu erməni kil­səsi şarlatan yuvası olub. Bu yuva hər zaman qonşu xalqlara qarşı aqressiv münasibəti təlqin edib, daim savaşa səsləyən dini mərkəz funksi­yası yerinə yetirib. Səbəb çox sadə­dir – ermənilər həmişə qövm olublar, dövlətsiz yaşayıblar, birləşdirici faktor kimi dinə söykəniblər və bu baxımdan din xadimləri ön plana çıxıb. Yəni, belə düşünməyə əsas var ki, kilsə er­mənilərin dövlətçilikdən uzaq yaşam tərzinin məhsuludur və bu zay məhsul yenə öz çirkin fəaliyyəti ilə hazırkı Er­mənistanı keçmişə sürükləyir. Xəstə erməni təfəkkürü isə anlaya bilmir ki, köhnənin qalığı olan kilsənin aqressiv ritorikası müasir dünya düzəni üçün yolverilməzdir. Həm də ona görə yol­verilməzdir ki, pis-yaxşı Ermənistan dövləti var. Hesab etsək ki, kilsənin aqressiv təbliğatı bu dövlətin yaran­masını şərtləndirib, həmin ritorikanın davamlılığı quruluşun məhvinə də apara bilər. Çünki belə yaramaz rito­rika praqmatizmi rəhbər tutmur, necə deyərlər, divara kəllə vurmağı aşılayır. Bu gün nəinki Ermənistanın, eləcə də dünya erməniliyinin və xaricdəki er­məni lobbi və diaspor təşkilatlarının qarşısında duran həmin o divar Azər­baycandır. Özü də söhbət lay, keçil­məz, möhkəm türk divarından gedir. Eçmiədzin kilsəsi Paşinyana deyir ki, get, o divara kəllə at, başını-gözünü dağıt. Yəni, kilsə indiki halda, bəlkə özü də fərqinə varmadan, ölkəni məh­və aparmaq niyyətinə köklənib. 

Bəli, kilsə ermənilər üçün təkcə dini deyil, eyni zamanda, elmi, ictimai-siyasi mərkəz olub. Maraq­lı məqamlardan biri də budur ki, tarix boyu erməni kilsəsi heç zaman bəşə­riliyi təbliğ və təlqin etməyib. Onun əsasını hər zaman millət anlayışı təşkil edib. Başqa sözlə desək, bu kilsə dini məbəd olaraq digər dinlərdən olanlar üçün müqəddəs məkan funksiyası da­şımayıb. Sadəcə ermənilər üçün olub. Belə bir dar təfəkkürə əsaslanmış baxış günümüzdə də dəyişməz olaraq qalır. 

Eçmiədzin dar təfəkkürlülərin dini əllərində bayraq edərək çıxardıqları oyunların ən böyük təşəbbüskarı qis­mində çıxış etməkdədir. Nəzərə alaq ki, ondan başqa Kilikiya (Beyrut) kato­likosluğu, İstanbul və Qüds Patriarxlığı kimi şər yuvaları, yaxud ilk imkandaca şər yuvalarına çevrilmək fürsəti göz­ləyən erməni dini idarələri fəaliyyət göstərməkdədir. Eçmiədzindən söz düşmüşkən, ona Ermənistanla yana­şı, Rusiya, Ukrayna və bəzi Avropa ölkələrindəki erməni kilsələri tabedir. Məsələyə tabeçilik prizmasından ya­naşsaq, Kilikiya katolikosluğunun isə Suriya və Livan erməni kilsələrinə nə­zarət etdiyini söyləyə bilərik.

Diqqət yetirək, harada ki, ermə­ni kilsəsi hakm rol oynayır, ora erməni terrorizminin də məskənidir. İkinci Qarabağ müharibəsi zamanı Suriya və Livandan muzdluların sa­vaşa cəlb edildiyini xatırlayaq. Bu da onu deməyə əsas verir ki, erməni kil­səsi dini təşkilat qiyafəsindən çox-çox uzaqdır. Məsələyə mövcud rakursdan yanaşsaq, dahi Cəlil Məmmədquluza­dənin “Erməni keşişi və azərbaycanlı axundun fərqi haqda” hekayəsini xa­tırlamağa ehtiyac var. Əlbəttə, həmin hekayədə azərbaycanlı molla müəllifin tənqid hədəfidir, bu öz yerində. Ancaq yazıçının diqqətə çatdırmaq istədiyi təkcə bu deyil. O, erməni din xadimi­ni siyasi təbliğatçı və millətçi kimi təs­vir edir. Əslində isə bu təsvir həm də ifrat millətçiliyin diqqətə çatdırılmasıdır. O millətçiliyin ki, erməni avantürizmini, pozuculuğunu şərtləndirib. Əks-halda, C.Məmmədquluzadənin azərbaycanlı molla ilə müqayisə predmeti erməni din xadimi olmazdı. Deməli, yazıçı qələmi, eyni zamanda, həmin din xadiminin dindən uzaqlığına eyham vurub. 

Onu da vurğulayaq ki, əslində, er­məni milləti anlayışını dövriyyəyə bu­raxan da elə kilsə olub. Bu isə o demək­dir ki, ermənilik etnik mövcudluqdan daha çox, dini amildir. Tarixin müxtəlif dövlərindən bu sayaq mənfur köklənişə malik birliklərin bəşəriyyətin inkişafına nə dərəcədə böyük zərər vurduqları çox yaxşı məlumdur. Ermənistan döv­ləti isə bu gün eyni “ampluadadır”. O, sanki bir yaradır, Cənubi Qafqazda sül­hün formalaşmasına maneçilik törədir və tapındığı çıxış nöqtəsi kilsədir. 

Paşinyan iqtidarı özünü nə qədər demokratik göstərsə də, bu bəşəri dəyəri deyil, kilsə ilə sinxronluğu əsas götürür. Sadəcə, “fəaliyyətini” ört-bas­dır edir. Hər halda Nikol və tərəfdarları dünyada dini sxolastikanın əsiri olan ölkə kimi görünməyin yaxşı qarşılan­madığını da gözəl anlayırlar. Ona görə maskalanırlar ki, tapındıqları dəyərin ekstremizm və qatı millətçilik olduğu üzə çıxmasın...

Tarixdən söz düşmüşkən, bil­dirək ki, ilk erməni siyasi hərə­katları Osmanlı İmperiyasında yaranıb. Bu hərəkat məhz keşiş və din adam­ları tərəfindən təbliğ olunub. İlk siyasi təşkilatların, terror qruplaşmalarının qurucuları və təbliğatçıları da onlardır. Bu haqda Osmanlı arxivlərində sənəd­lər kifayət qədərdir. Həmin sənədlərdə erməni kilsəsinin patronajlığı ilə Avro­padan silah və sursat alınaraq, Ana­doludakı erməni kilsələrində gizlədil­diyinə dair faktoloji bilgilər əksini tapır. XIX əsrin sonlarına doğru bu silahların necə və kimə qarşı istifadə edildiyi də, həmçinin. 

Məsələyə mövcud kontekstdən yanaşsaq, daha bir dəyərli mənbə ro­lunda Rusiyanın Van və Ərzurumdakı konsulu olmuş Mayevskinin xatirələri yada düşür. Mayevski bildirir ki, Anado­luda və Osmanlının müxtəlif bölgələrin­də təşkilatlanmış erməni birlikləri Qər­bin dəstəyi ilə ölkəni çökdürmək üçün hərəkətə keçmişdilər. Onlar yollarda basqınlar törədir, qətllər və sui-qəsdlər gerçəkləşdirirdilər. Lakin konsul Qərbin Şərq məsələsinin davamını yunan ami­lində axtarması ilə erməni millətçiliyinin istifadə müddətinin bitdiyini, erməniləri taleyin ümidinə buraxıldığını da vurğu­layır. Deməli, hər neçə vaxtdan bir bu beyinsiz yırtıcı qövm yararsızlaşır və onun təmsilçiləri lazımsız əşya kimi bir kənara atılırlar. 

Əslində, bu gün də erməni millətçi­liyi eyni aqibəti yaşamaqdadır. Bu aqi­bətin perspektivi isə məhvdir. Baş nazir N.Paşinyan heç də əbəs yerə Ermə­nistan üçün “kadastr şəhadətnaməsi” almaq niyyətindən söz açmır. O, bəlkə də yeganə ermənidir ki, durumun ciddi­liyini anlayır. Anlayır ki, bu gün erməni avantürizmi, böyük ölçüdə istifadəyə yararsızdır. Ona görə şəhadətnamə söhbətini açaraq Ermənistanın haqqı çatmayan dövlət institutundan məhrum duruma düşməsinin qarşısını almaq barədə danışır. Əlbəttə, erməni cəmiy­yəti o qədər xəstədir ki, təhlükənin ma­hiyyətindən uzaqdır... 

Mətləbdən uzaqlaşmadan onu da bildirək ki, Eçmiədzin dinin rəsmən qadağan olunduğu keçmiş SSRİ dönəmində də fəaliyyət göstərib. Bu baxımdan sabiq imperiyanın son dövrlərində baş verən prosesləri xatır­layaq. 1987-ci ildə Eçmiədzin erməni kilsəsinin katolikosu I Vazgen ABŞ-a və Kanadaya səfər edib, orada yaşa­yan ermənilərlə görüşüb və onları “Bö­yük Ermənistan” naminə birləşməyə çağırıb. I Vazgenin digər çağırışı isə qondarma “erməni soyqırımı” ilə bağlı olub. O, dünya ermənilərini “soyqırı­mın” BMT tərəfindən tanınmasına səy göstərməyə səsləyib. 

Göründüyü kimi, erməni millətçi­liyi kilsə ilə vəhdətdə olub. Təsəvvür edin, 1988-ci ilin iyununda Makaravan monastırının baş keşişi Stepanın üç butulka fitilli yandırıcı və əldəqayırma fin bıçağı ilə Bakıda hüquq-mühafizə orqanları tərəfindən saxlanılması faktı var. Nəzərə alaq ki, həmin müddətdə Qarabağdakı kilsələr silah-sursat an­barı rolunu oynayıblar. 

Erməni kilsəsinin təxribatçı əməl­ləri barədə, nə qədər desəniz, söz açmaq mümkündür. Bu yazıda yalnız kiçik fraqmentləri diqqətə çatdıraraq, onun pozuculuq dəst-xəttinə aydınlıq gətirdik. Məqsədimiz kilsənin Azərbay­can-Ermənistan münasibətlərinin ni­zamlanmasının Qərb formatının Brüs­sel raundunun sülh gündəliyinə zidd fəaliyyətini əsaslandırmaq idi. Əlavə olaraq onu da vurğulamalıyıq ki, bu mahiyyət, bütövlükdə, Cənubi Qafqaz­da dinclik və əmin-amanlığın bərqərar olmasına qarşı çıxan son dərəcə ciddi neqativ təmayüldür. Hətta sağalmaz yaradır da deyə bilərik. Elə bir yara ki, Ermənistan adlı dövlətin gələcək möv­cudiyyətini şübhə altına alır. Axı, bütün sağalmaz yaralardan xilas olmağın bir yolu var: kəsib atmaq! 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət