2 parabadmintonçumuz Avropa finalında

post-img

Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. 14 yaşlı idmançımız ölkə badmintonu tarixində ilk dəfə qitə çempionatında qarışıq qoşa kateqoriyada finala yüksəlib.

SH-6 kateqoriyasında ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə birgə çıxış edən Z.Salmanlı yarımfinalda polşalı Daria Bujniçka və şotland Endryu Deyvis cütünə 2:0 (21-18,21-10) hesabı ilə qalib gələrək turnirdə həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Azərbaycanın daha bir parabadmintonçusu İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

İdmançı kişilərin qoşa yarışında SU-5 kateqoriyasında buna nail olub.

O, polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada İspaniya təmsilçiləri Manuel Qarsiya-Pablo Serrano qoşasına 2:0 (21-16,21-16)hesabı ilə qalib gəlib.

Q.YUSİFOĞLU
XQ

İdman