Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən “Denis Ten Memorial Challenger” seriya yarışında uğurla çıxış edib. Təmsilçimiz çıxışı zamanı 2.91 xal toplayaraq “Dördlü Salxov” üzrə son olimpiya rekordunu yeniləyib.
İdmançımız sərbəst proqram üzrə çıxışı zamanı öz uğurlu performansı ilə sonuncu dəfə rekorda imza atan yaponiyalı Mao Şimadanı geridə qoyub.
Arina Kaluqina seriya yarışında 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq, yekunda 3-cü nəticə göstərib. Cənubi Koreya idmançısı Kim Hin-Hi (179,24 xal) birinci, onun komanda yoldaşı Kim Min Sun (171,33 xal) isə ikinci yeri tutub.
Q.YUSİFOĞLU
XQ