Azərbaycan millisinin daha bir boksçusu Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatına qələbə ilə başlayıb.
Millinin üzvü Məhəmməd Cəfərov (+90 kq) 1/8 finalda Nikolas Saleki (Çexiya) mübarizədən kənarlaşdırıb. Boksçu döyüşün taleyini ilk raundda həll edib. O, yerli idmançıya tam üstünlüklə qalib gəlib.
Cəfərov bu gün 1/4 finalda ilk mərhələdən azad olan Oleksander Slyesariyevlə (Ukrayna) döyüşəcək.
Qeyd edək ki, boksçularımızdan Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərov (+90 kq) da adını 1/4 finala yazdırıb. Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.
Q.YUSİFOĞLU
XQ