III MDB Oyunlarında 15 yaşadək voleybolçu qızlar arasında finalçılar müəyyənləşib

post-img

Bu gün Gəncə İdman Sarayında keçirilən yarımfinal qarşılaşmalarında ilk olaraq Azərbaycan və Belarus yığmaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyun Belarus millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XQ xəbər verir ki, daha sonra Rusiya və Özbəkistan komandaları finala vəsiqə uğrunda qarşılaşıblar. Bu oyunda Rusiya yığması rəqibini 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Beləliklə, oktyabrın 6-da keçiriləcək finalda Belarus və Rusiya milliləri qızıl medal uğrunda mübarizə aparacaqlar. Bürünc medal uğrunda qarşılaşmada isə Azərbaycan və Özbəkistan yığmaları üz-üzə gələcəklər.

III MDB Oyunları
Yarımfinal
5 oktyabr
Azərbaycan – Belarus 1:3 (25:19, 22:25, 18:25, 17:25)
Rusiya – Özbəkistan 3:0 (25:6, 25:17, 25:7)

6 oktyabr
Bürünc medal 
10:00. Azərbaycan - Özbəkistan
Final
13:00.  Belarus - Rusiya

Cavid QAÇAYEV (foto)





















İdman