İşğaldan azad olunmuş Cəbrayıl şəhərində artıq ikinci ildir ki, sakinlər Şəhər Gününü öz doğma yurdlarında bayram əhvali-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd ediblər.
Əvvəlcə Cəbrayıl Şəhəri Gününə həsr edilən "Qarabağ - obyektivdən tarixə" adlı sərgiyə baxış keçirilib. Fotosərgidə Qarabağa, Azərbaycan Silahlı Qüvvələrinə və Cəbrayıla həsr olunan fotolar yer alıb.
Sonra şəhərin balaca sakinləri üçün “face art” və interaktiv əyləncəli oyunlar təşkil edilib.
İncəsənət xadimləri konsert proqramı ilə şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri Şəhər Gününə həsr olunmuş tədbirdə iştirak ediblər.
XQ