Heydər Əliyev – Azərbaycan dövlətinin qurucusu, milli neft strategiyasının banisi

post-img

Ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan neftinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamıza rəhbərlik etdiyi illərdə o, neft sənayesinə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən Azərbaycan nefti uğrunda ümummilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm.

– Xoşbəxt müəllim, keçmiş itti­faqın süqutunun yaratdığı böhran­dan, zorla cəlb edildiyimiz mühari­bədən, daxili çəkişmələrin tüğyan etdiyi mürəkkəb dövrdən danışdı­nız. Belə bir vəziyyətdə xarici şirkət­lərlə birgə işləmək ideyası özünə necə yol açdı? 

– Bizi “Əsrin müqaviləsi”nə aparıb çıxaran yol Bakıdan başlandı. Yəni, danışıqlara Azərbaycan paytaxtında start verildi. Sonra müzakirələr İs­tanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi ümummilli li­derimiz tərəfindən müəyyən olunmuş nümayəndə heyəti – onun üzvlərin­dən biri də mən idim – 1994-cü ilin iyul ayında Birləşmiş Ştatlara getdi. Orada proses 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyi­ni, şirkət mənafeyini önə çəkirdi. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. 

Danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə gərgin keçdi. Həmin vaxtların çətinliklərini heyətimi­zin rəhbəri İlham Əliyev belə dəyər­ləndirirdi: “Biz xarici şirkətlərə deyirdik ki, siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını təm­sil edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu, bütün Azərbaycan xalqının məna­feyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bil­mərik.” Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafe­yinə uyğun hazırlandı.

Bir dəfə qarşı tərəf başqa bir şərt qoydu: Azərbaycan Rusiya ilə danışıb, Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyə­cəkdir. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz 8 il göz­ləməli olacaqdıq. Nümayəndə heyətimi­zin üzvü, o vaxt cənab İlham Əliyev qar­şımıza qoyulmuş şərt, təklif barədə ulu öndərə məlumat verdi və onun göstərişi ilə Vaşinqtona yollandı. Nümayəndə heyətimizin digər üzvlərinə isə danı­şıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. ABŞ-ın məşhur neft şirkətlərindən olan “Yunokal” şirkətində oldum. “Yunokal” sonralar Xəzər dənizinin Azərbaycan sektorundakı “Əşrəfi”, “Dan Ulduzu” perspektiv strukturlarının və onlara biti­şik sahənin kəşfiyyatı, işlənməsi və ha­silatın pay bölgüsündə yer aldı.

– Xoşbəxt müəllim, indi siz möh­tərəm Prezidentimiz İlham Əliyevin adını çəkdiniz. Bildiyimiz odur ki, o vaxt ARDNŞ-nin xarici əlaqələr üzrə birinci vitse-prezidenti olmuş gənc diplomat İlham Əliyev danışıqlar prosesində ölkəmizin maraqlarını ən yüksək səviyyədə təmsil edib və qarşıya qoyulmuş məqsədə nail olub. 

– Nəzərə almaq lazımdır ki, o za­man müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neft mütəxəs­sislərinin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ün­siyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqton­da səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi və təsdiq etdi. Elə ilk günlərdən ARDNŞ-nin birinci vitse-pre­zidenti İlham Əliyev danışıqlar prose­sinə cəlb edildi, yeni neft strategiyası­nın hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı oldu.

– Nəhayət, bütün bu gərgin iş­lərin və ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində tarixə “Əs­rin müqaviləsi” kimi düşmüş saziş imzalandı.

– Bəli, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin titanik əmə­yi sayəsində tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “Hasilatın pay bölgüsü” Sazişi imzalandı. Bu tarixdən başla­yaraq, müstəqil Azərbaycanın neft siyasəti dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi. Azərbaycanda yeni neft strate­giyasının həyata keçirilməsi ilə misilsiz inkişaf dövrü başlandı. Ötən əsrin 90-cı illərində dərin böhran içində boğulan respublika XXI əsrin ilk illərindən sürət­lə inkişaf edib çiçəklənən bir diyar, dün­yanın nüfuzlu dövlətlərindən biri kimi şöhrətləndi.Bütün bunlar ümummilli lider Heydər Əliyevin respublika rəh­bərliyinə ikinci qayıdışından sonra bu mümkün oldu. “Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiy­yəti oldu.

Ölkəmizin müstəqillik illərindəki misilsiz inkişafında Azərbaycan nef­tinin həlledici rolu bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Respublika­mıza rəhbərlik etdiyi illərdə o, neft sə­nayesinə ölkə iqtisadiyyatının hərəkət­verici qüvvəsi kimi baxmış, ona böyük önəm vermiş və neftçilərdən qayğısını heç vaxt əsirgəməmişdir. Bunu mən Azərbaycan nefti uğrunda ümummilli liderimizin çoxillik gərgin mübarizəsinin şahidlərindən və iştirakçılarından biri kimi deyirəm.

– Sizin məşhur bir fikriniz var: “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi ta­nıtdısa, “Şahdəniz” ölkəmizi xaricdə təbii qaz ölkəsi kimi tanıtdı”. Demək olarmı ki, XXI yüzillik qaz layihələri əsri oldu?

– Bu, həqiqətən də belədir. 1999-cu ilin iyulunda Xəzərin Azərbaycan sek­torunda nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və eyniadlı qaz layihəsi­nin müvəffəqiyyətlə həyata keçirilməsi təkcə Azərbaycanın deyil, bütün regi­onun və Avropanın enerji təhlükəsizli­yinin təmin edilməsi işinə böyük töhfə oldu. Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TANAP layihəsi­nin ikinci mərhələsinin açılış mərasimi də bunu bir daha sübut etdi. Dünya siyasətçilərinin də söylədiyi kimi, Tür­kiyənin Ədirnə vilayətində TANAP la­yihəsinin Avropa ilə birləşən hissəsinin açılması Avrasiya üçün tarixi hadisə oldu. 

“Şahdəniz” strukturu birinci dəfə 1954-cü ildə Azərbaycan geofizikləri tərəfindən aşkar edilmiş və 1983-cü ildə dərin axtarış qazmasına hazırlan­mışdı. Lakin həmin sahədə dənizin çox dərin olması və iqtisadi çətinliklərlə əlaqədar burada aparılan işlər nəticə verməmişdi. 1996-cı il iyunun 4-də xa­rici şirkətlərlə “Xəzər dənizinin Azər­baycan sektorundakı “Şahdəniz” pers­pektivli sahəsinin kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Sa­zişin imzalanması ilə “Şahdəniz” struk­turu yenidən dərin kəşfiyyat qazmasına daxil edildi, aparılan axtarış-kəşfiyyat işləri nəticəsində “Şahdəniz” yatağı 1999-cu ilin iyul ayında aşkar edildi.

Həmin il iyulun 12-də yataqda əldə edilmiş nəticələrin təqdimat mə­rasimində çıxış etmək üçün ulu ön­dər mənə də söz verdi. Mən Xəzərdə zəngin neft və qaz yataqlarının kəşf edilməsində və işlənilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danış­dım və “Şahdəniz” yatağı barədə mə­lumat verərkən bildirdim ki, bu yatağın da taleyi Heydər Əliyevlə bağlıdır.

– Bir dəfə demişdiniz ki, o zaman ulu öndərlə maraqlı bir dialoqunuz da olub…

– Yadımdadır, mən “Şahdəniz” yatağının ehtiyatları məsələsinə toxu­naraq dedim ki, biz inanırıq, yataqda ikinci, üçüncü quyular qazılandan sonra onun ehtiyatı gözləniləndən də artıq olacaqdır. Bu vaxt Heydər Əliyev çıxışımı kəsərək mənə sual ver­di: “Demək, indi ehtiyat 700 milyard kubmetrdir? Bunu deyirsiniz?” Cavab verdim ki, bəli, amma deyə bilərəm ki, orada ehtiyat 1 trilyon kubmetrdən az olmaz. Bəlkə, artıq olacaq, amma əs­kik olmaz.

Təqdimat mərasimindəki yekun nitqində Heydər Əliyev əldə edilən na­iliyyətlərə görə ARDNŞ-ni, “Şahdəniz” konsorsiumunu və bu konsorsiuma daxil olan şirkətləri təbrik edərək dedi: “Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki hörmətli Xoşbəxt Yu­sifzadə burada xatırlatdı, 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim za­mandan – 70–80-ci illərdə Azərbayca­nın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və bö­yük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün la­zımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik. ...Bu gün “Şahdəniz” konsorsiumunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə, demək olar, Azərbaycanda Xəzər dənizini Yusifza­də kimi bilən ikinci adam yoxdur, deyir ki, orada 1 trilyon kubmetrə qədər qaz olacaqdır”.

Zaman və görülən işlər fikirlərimizin doğruluğunu təsdiq etdi. Artıq məlum­dur ki, “Şahdəniz” yatağının karbohid­rogen ehtiyatları 1 trilyon 200 milyard kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarətdir. Bu sahə dün­ya dənizlərində indiyədək kəşf olun­muş nəhəng qaz-kondensat yataqla­rından biridir.

– Daha hansı bir görüşünüzü xa­tırlayırsınız?

– 2002-ci ilin may ayında ulu öndərlə İrana səfərimiz də yadımdadır. Orada Heydər Əliyev məni İran Prezidenti Məhəmməd Xatəmiyə təqdim edəndə də dedi: “Xəzər dənizini Xoşbəxt qə­dər bilən ikinci adam yoxdur. Biz onu əlimizin üstündə saxlayırıq. İranda da onu yaxşı tanıyırlar. Sizə də məsləhət görürəm ki, nə qədər o, hələ işdədir, ondan istifadə edin”.

Ulu öndərimizin mənim barəmdə söylədiyi bütün bu xoş sözləri xatırla­yanda, həqiqətən, özümü dünyanın ən bəxtəvər adamı sayıram. Bəli, mən çox xoşbəxtəm ki, ömrümün ən dəyərli anları, əmək fəaliyyətimin və elmi yara­dıcılığımın parlaq səhifələri Heydər Əli­yevin respublikamıza rəhbərlik etdiyi il­lərlə bağlıdır. O, mənim xətrimi həddən artıq çox istəyirdi. Respublikanın neft və qaz sənayesinin inkişafında xid­mətlərimə görə 2000-ci ilin yanvarında məni “İstiqlal” ordeni ilə təltif etməsi və anadan olmağımın 70 illiyi münasibə­tilə mənə səmimi təbriki də bu hörmətin parlaq təzahürlərindən biri idi. 

– Yubileydən söhbət düşmüşkən bu ilin əvvəlində 93 yaşınız tamam oldu. Bu yaşda da iş başındasınız, “Xalq qəzeti”nin kollektivi adın­dan cansağlığı, yeni uğurlar arzu edirəm. Əminəm ki, növbəti müsahi­bələrimizdə də sizdən eşitdiklərimiz Azərbaycanın neft tarixinin yeni sə­hifələri olacaq. Sonda oxucularımı­za nə demək istərdiniz?

– Çox sağ olun. Keçən il dekabrın 7-də möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmi­çiliyi” Qapalı Səhmdar Cəmiyyətinin si­farişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusif­zadə” tankerinin istismara verilməsi mə­rasimində şəxsən iştirak etdi. Hörmətli Prezident, doğrudan da, mənim fəaliy­yətimə böyük qiymət verdi, mənə çox böyük bir hədiyyə etdi. Mən o tədbirdə də qeyd etdim ki, hər şeyi gözləyərdim, amma dənizdə mənim adıma gəmi ol­ması, vallah, heç yuxuma da girməzdi.

Bu tədbirdən sonra sizin qəzet bir yazı vermişdi: “Xoşbəxt Yusifzadənin ən xoşbəxt günü”. Mənə təqdim etdilər, çox xoş oldu. Mətbuatın, o cümlədən, “Xalq qəzeti”nin mənə olan diqqətini xüsusi qiymətləndirmək istərdim.

Bu gün biz ulu öndərin siyasətinə sadiqik. Bu siyasət bizə uğur gətirdi, ta­rixi qələbəmizin təminatçısı oldu. Dahi şəxsiyyət Heydər Əliyev haqqında hələ bundan sonra çox danışılacaq, mənim onun haqqında danışdıqlarım da yad­daşımda olanların az bir hissəsidir. Ümummilli liderin Azərbaycan xalqı və dövləti üçün, eləcə də respublikamı­zın neft sənayesi üçün gördüyü işləri danışmaqla, yazmaqla qurtaran deyil. Müstəqil Azərbaycanın yaradıcısı və qurucusu olan Heydər Əliyevin Vətə­nimiz qarşısında xidmətləri ölçüyəgəl­məzdir. O, böyük şəxsiyyət və böyük vətəndaş idi. 

– Maraqlı söhbət üçün çox sağ olun.



Siyasət