Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

post-img

Hörmətli cənab Prezident, əziz Qardaşım!

Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qü­rurunu və sevincini ürəkdən bölüşürük.

Türkiyədə baş verən zəlzələlərdən sonra “kədə­riniz kədərimizdir” anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm.

Zati-alinizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəri aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olmuşdur. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.

Zəlzələdə həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza görə bir daha başsağlığı verirəm.

“Bir millət, iki dövlət” şüarı ilə birlikdə imzaladığı­mız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndir­diyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının ri­fahı və firavanlığı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram.

Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti

***

Zati-aliləri!

Müstəqillik Günü münasibətilə Sizə və Azərbay­can Respublikasının bütün vətəndaşlarına ən səmimi salamlarımı çatdırmaq istəyirəm.

Yoxsulluq və bərabərsizlikdən tutmuş, silahlı mü­naqişə və iqlim dəyişikliyinə qədər dünyamızın üzləş­diyi təhdidlər həmrəyliyə, qarşılıqlı hörmətə və anlaş­maya əsaslanan birgə fəaliyyət tələb edir.

Daha yaxşı gələcəyə nail olmaq üçün hər bir ölkə öz milli hüdudlarından kənar aləmi də görməyi bacar­malı və harada yaşamasından asılı olmayaraq bütün xalqlar üçün sülhü, insan hüquqlarını, firavanlıq və davamlı inkişafı daha da möhkəmləndirmək səylərini dəstəkləməlidir. 

Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü qeyd edən Azərbaycan Respublikasının bütün xalqı­na qoşulur. Biz xalqlar və bütövlükdə planetimiz üçün daha yaxşı, daha sağlam və daha təhlükəsiz gələcəyi təmin etmək uğrunda birgə fəaliyyətimizi davam etdir­məyi arzulayırıq.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Antonio QUTERREŞ,
Birləşmiş Millətlər Təşkilatının Baş katibi

***

Cənab Prezident, əziz İlham!

İcazə verin, Azərbaycanın milli bayramı münasi­bətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbrik­lərimi ünvanlayım.

Ötən otuz il ərzində və diplomatik münasibətlə­rimizin qurulmasından bəri Fransa və Azərbaycan iqtisadi, universitet və təhsil sahələrində tərəfdaşlığa əsaslanan möhkəm əlaqələr qurub.

Avropa və xarici işlər naziri Katrin Kollonanın ap­relin 26-27-də Bakıya səfəri ikitərəfli münasibətləri­mizi inkişaf etdirmək üçün ümumi istəyimizi görməyə imkan verdi və bu, məni məmnun edir. Bu, həmçi­nin Fransanın Azərbaycan ilə Ermənistan arasında ədalətli və davamlı, bütün regionun sabitliyi və rifahı üçün zəruri olan sülh naminə öhdəliyini xatırlamağa imkan verdi.

Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi ça­ğırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siya­si Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit də bizə Azərbaycan ilə Ermənistan ara­sında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etmə­yinizi xahiş edirəm.

Hörmətlə,

Emmanuel MAKRON,
Fransa Respublikasının Prezidenti 

***

Hörmətli cənab Prezident!

Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü mü­nasibətilə Sizə və xalqınıza təbriklərimi çatdırır, hamı­nıza sülh və firavanlıq arzulayıram.

Litvaya son səfərinizdə Sizinlə görüşməkdən çox məmnun oldum. Mən bizim iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi də daxil olmaqla əmək­daşlığımızın geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqazda təhlükəsizliyin vəziyyəti, Rusiya–Ukrayna müharibəsinin nəticələri ilə bağlı apardığı­mız müzakirələrimizi yüksək qiymətləndirirəm. Ümid­varam ki, bu səfər Sizin üçün də məhsuldar olub və Vilnüsdə imzalanmış müqavilələr ölkələrimiz arasın­dakı münasibətlərin gələcək inkişafına geniş imkanlar açacaqdır.

Litva ilə Azərbaycan arasında sıx və məhsuldar tərəfdaşlıq əlaqələri mövcuddur. Litva Avropa İttifaqı­nın Azərbaycanla dialoqunun inkişafına güclü dəstək verir. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bizim tərəfdaşlığımız daha da əhəmiyyətlidir. Ümid­varam ki, Ukrayna qalib gələnə qədər ona hərtərəfli dəstək vermək və Rusiyaya qarşı sanksiyaların həya­ta keçirilməsini təmin etmək istiqamətində əməkdaş­lıq fəaliyyətimizi davam etdirəcəyik.

İcazə verin, ikitərəfli qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edim. Litva ilə Azərbaycan arasında informasiya texnologiyaları, is­tehsal, qida sənayesi və bərpaolunan enerji sahələ­rində əməkdaşlığın inkişafı üçün geniş imkanlar möv­cuddur.

Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Gitanas NAUSEDA,
Litva Respublikasının Prezidenti

***

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü müna­sibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbay­can Respublikasına və onun xalqına əbədi sülh və firavanlıq arzulayıram.

Latviya ilə Azərbaycan arasında dostluğa və qar­şılıqlı marağa əsaslanan konstruktiv münasibətlər formalaşıb. Sizinlə Bakıda keçirilən son görüşümüzü və fikir mübadiləmizi, eləcə də bu ilin yazında Qlobal Bakı Forumunda iştirakımı ən xoş təəssüratlarla xa­tırlayıram. Əminəm ki, ikitərəfli və çoxtərəfli gündəli­yimizin daha da inkişafı üçün biz bu müsbət ənənəni uğurla davam etdirəcəyik.

Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin şahidi olduğumuz bir vaxtda Birləşmiş Millətlər Təşki­latının Nizamnaməsinin fundamental prinsipinə əsas­lanaraq beynəlxalq təhlükəsizliyi qorumaq üçün birgə çalışmaq həmişəkindən daha vacibdir.

Əminəm ki, biz birlikdə çalışmaqla xalqlarımızın sülh və təhlükəsizlik şəraitində inkişafını təmin edə­cəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı bildirir, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və rifah ar­zulayıram.

Hörmətlə,

Egils LEVİTS,
Latviya Respublikasının Prezidenti

***

Hörmətli İlham Heydər oğlu!

Sizi və bütün qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmi­mi-qəlbdən təbrik edirəm.

Sizin ölkəniz bu əlamətdar günü ümummilli bir­liyə, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, bey­nəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusunda qarşılayır.

Əminəm ki, Sizin güclü liderliyinizlə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculu­ğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yo­lunda irəliləməyi davam etdirəcəkdir.

Keyfiyyətcə yeni məzmunun əlavə olunduğu, stra­teji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verən Qazaxıstan–Azərbaycan əməkdaşlığı­nın yüksək dinamikasını böyük məmnunluqla qeyd edirəm. 

Hörmətli İlham Heydər oğlu, bu təntənəli gün­də Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm. 

Hörmətlə, 

Kasım-Jomart TOKAYEV,
Qazaxıstan Respublikasının Prezidenti

***

Hörmətli İlham Heydər oğlu!

Sizi və bütün qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası tərəqqi və dina­mik inkişaf yolu ilə inamla irəliləyir, regional və bey­nəlxalq proseslərdə mühüm rol oynayır.

Son illər ərzində ölkələrimiz arasında münasibət­lərin nəzərəçarpacaq dərəcədə fəallaşmasını, yeni məzmunla zənginləşməsini qeyd etmək fərəhlidir. Əminik ki, Türkmənistan və Azərbaycan Respubli­kası arasında dostluq, mehriban qonşuluq əlaqələri ümumi rifah naminə bundan sonra da artan xətt üzrə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm can­sağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar, qar­daş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Sərdar BERDİMƏHƏMMƏDOV,
Türkmənistanın Prezidenti

***

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü müna­sibətilə Slovakiya Respublikasının vətəndaşları adın­dan və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Əminəm ki, indi iqlim dəyişikliyi, bununla əlaqədar sosial və iqtisadi çağırışlar, enerji qıtlığı, hibrid təh­lükələr və həmçinin qlobal təhlükəsizliyə təhdid olan bir sıra amillər beynəlxalq əməkdaşlığa hər zaman­kından daha çox ehtiyac yaradır.

Hörmətli cənab Prezident, Sizə və Azərbaycan vətəndaşlarına sülh, inkişaf, firavanlıq, tərəqqi arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında münasi­bətlərin inkişafı xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla davam edə­cəkdir.

Hörmətlə,

Zuzana ÇAPUTOVA,
Slovakiya Respublikasının Prezidenti

***

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Albaniya xalqı adın­dan və şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına ən xoş və səmimi arzularımı çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Fürsətdən istifadə edərək bir daha bildirirəm ki, keçən ilin noyabrında Sizin Tiranaya dövlət səfəriniz mənim üçün və alban xalqı üçün məmnunluq doğuran böyük şərəf idi.

Bu səfərin əhəmiyyəti və müzakirə olunan məsələlər ölkələrimiz, xalqlarımız arasında əla dost­luq və əməkdaşlıq əlaqələrinin daha da möhkəm­lənməsinə xidmət edəcək. Mən böyük məmnunluqla qeyd edirəm ki, son illərdə qarşılıqlı maraq doğuran sahələrdə dinamik inkişaf müşahidə olunur.

Cənab Prezident, Sizinlə tezliklə görüşmək arzu­mu bir daha bildirirəm. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Bayram BEQAY,
Albaniya Respublikasının Prezidenti 

***

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü müna­sibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, hökumətinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur. Son zamanlar Hindis­tan və Azərbaycan arasında ticarət dövriyyəsi əhə­miyyətli dərəcədə artmışdır. Ümidvaram ki, əməkdaş­lığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına da­vamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Draupadi MURMU,
Hindistan Respublikasının Prezidenti

***

Cənab Prezident!

Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına xoş­bəxtlik və firavanlıq arzulayıram. 

Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələri­mizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla birgə işləməkdə da­vam etməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, xahiş edirəm, ən yük­sək hörmət və ehtiramımı qəbul edin.

Luiz İnasio Lula da SİLVA,
Braziliya Federativ Respublikasının Prezidenti 

***

Zati-aliləri!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Mal­ta xalqı ilə birlikdə Sizə və xalqınıza səmimi təbriklə­rimizi çatdırırıq. 

Malta Respublikası ilə Azərbaycan Respublikası arasında uzunmüddətli ikitərəfli əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz əlaqələrin daha da möhkəm­ləndirilməsi məqsədilə ikitərəfli əməkdaşlığın yeni im­kanlarını müəyyənləşdirmək üçün bundan sonra da birgə çalışacaqlar.

Malta Azərbaycan ilə regional və çoxtərəfli müstə­vidə, o cümlədən, BMT və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində sıx əlaqələri dəstəkləmək­də davam edir. 

Qlobal sülhün, təhlükəsizliyin və rifahın təşviqinə sadiq olan Malta hazırda beynəlxalq ictimaiyyətin üz­ləşdiyi bir sıra çağırışların həlli yollarının tapılacağına inanır. BMT Təhlükəsizlik Şurasının 2023–2024-cü illər üçün seçilmiş üzvü kimi Malta təşkilatın Nizam­naməsinin əsas prinsiplərini dəstəkləməklə belə ça­ğırışlara qarşı mübarizədə öz rolunu oynamaqda qə­rarlıdır.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möh­kəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Corc VELLA,
Malta Respublikasının Prezidenti

*** 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü mü­nasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm. 

Səmimiyyətlə,

Villem-ALEKSANDR,
Niderlandın Kralı 

***

Zati-aliləri!

28 May – Müstəqillik Günü münasibətilə Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məm­nunluq duyuram.

Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq münasibətləri ölkələrimiz və xalqla­rımız üçün səmərəli olacaqdır.

Sizə möhkəm cansağlığı və şəxsi rifah, Azərbay­can xalqına isə davamlı tərəqqi və firavanlıq arzula­yıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

General Min Aung HLAİNG,
Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri

***

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasi­bətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən sə­mimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən Bruney ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrimizin, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığımızın daha da inki­şafına ümid edirəm.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavan­lıq nəsib etsin!

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkə­tuhu.

Hacı Həssənal BOLKİAH,
Bruneyin Sultanı

*** 

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Her­seqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, xoş arzuları­mı çatdırmaqdan şərəf duyuram. 

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası in­kişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə demək istəyirəm ki, Bosniya və Herseqovi­nanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Böyük geo­siyasi dəyişikliklər, eləcə də siyasi və iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, o cümlədən xarici siyasətinə anlayış və hörmət göstər­mək son dərəcə vacibdir.

Sizin müdrikliyiniz və xarizmanız ölkənizi, xalqını­zı tərəqqi yolu ilə irəliyə aparır və onilliklərdir ki, xalqı­nızın etimadını doğruldursunuz. Bu, təqdirəlayiq və hörmət ediləsi bir həqiqətdir. 

Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlı­ğımız bir çox sahələrdə inkişaf edəcək və möhkəm­lənəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir.

Möhtərəm Prezident, icazə verin, Sizə bir daha dərin minnətdarlığımı, möhkəm cansağlığı, eləcə də dost Azərbaycan xalqının firavanlığı və inkişafı na­minə xoş arzularımı çatdırım.

Hörmətlə,

Milorad DODİK,
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti 

***

Hörmətli İlham Heydər oğlu!

Qaraçay-Çərkəz Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azər­baycanın bütün vətəndaşlarını Müstəqillik Günü mü­nasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

Azərbaycan əcdadların ənənələrinin müasir hə­yatda heyrətamiz şəkildə birləşdiyi ölkədir, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Şü­bhəsiz ki, bu, təkcə ölkənin çoxşaxəli iqtisadiyyatı və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də onun investorları və turistləri cəlb edən özünəməxsusluğu, insanlarının əməksevərliyi və qonaqpərvərliyi ilə bağ­lıdır. 

Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı bundan sonra da respublikalarımızın sosial-iqtisadi inkişafına şərait yaradacaqdır. 

Sizə və Azərbaycanın bütün vətəndaşlarına səmi­mi-qəlbdən səadət, uğurlar, əmin-amanlıq və firavan­lıq diləyirəm.

Hörmətlə, 

Rəşid TEMREZOV,
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı

***

Möhtərəm İlham Heydər oğlu!

Əlamətdar tarix – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!

Azərbaycan dövlət quruculuğu sahəsində, geniş iqtisadi və sosial islahatların aparılmasında nəzərə­çarpan uğurlar nümayiş etdirir. Azərbaycan zəngin ehtiyatlara və intellektual potensiala malik olan, dina­mik inkişaf edən, milli ənənələrinin orijinallığını qoru­yub saxlayan, bütün dünyada tanınan istedadlı mə­dəniyyət və incəsənət xadimlərinin bütöv bir nəslini yetişdirən ölkədir.

Siz dahi atanızın – ölkənizin ümummilli lideri Heydər Əliyevin kursunu layiqincə davam etdirirsiniz. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əlaqələrin gələcək inkişafı Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verərək, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəkdir. 

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-a­manlıq, firavanlıq və Azərbaycanın daha da inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıram.

Səmimi hörmətlə və ən xoş diləklərlə,

Leonid SLUTSKİ,
Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri, Rusiya Sülh Fondunun İdarə Heyətinin sədri

*** 

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, Sizi və bütün qardaş Azərbaycan xalqını respublikanızın suverenliyini, qüdrətini, parlaq tarixini, azərbaycanlılara xas olan həmrəyliyi və bir­liyi təcəssüm etdirən Müstəqillik Günü münasibətilə təbrik edim.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ən iri­miqyaslı layihələri həyata keçirərək, vətəndaşların rifahını yüksəldərək, regionda və dünyada nüfuzu­nu və təsirini daim artıraraq beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir. 

Əminəm ki, Sizin müdrik siyasi kursunuz sayəsin­də ölkələrimiz arasında çoxdan mövcud olan möh­kəm qarşılıqlı etimad və dostluq ənənələrinə, strateji tərəfdaşlığa, humanitar və iqtisadi əməkdaşlığa əsas­lanan mehriban qonşuluq münasibətləri Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün istiqamət­lərdə bundan sonra da inkişaf edəcək və möhkəm­lənəcəkdir. 

Bu əlamətdar bayram günündə Sizə səmimi-qəlb­dən möhkəm cansağlığı, Azərbaycan Respublika­sı naminə yeni-yeni nailiyyətlər və qələbələr üçün tükənməz enerji, hər bir Azərbaycan ailəsinə daimi firavanlıq və tərəqqi, sülh və səadət arzulayıram.

Hörmətlə, 

Dmitri SAVELYEV,
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Azərbaycan Respublikasının parlamenti ilə dostluq qrupunun əlaqələndiricisinin müavini 

*** 

Hörmətli İlham Heydər oğlu!

Sizi milli bayramınız – Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Sizin rəhbərliyinizlə ölkəniz sosial, iqtisadiyyat, təhsil sahələrində böyük uğurlar əldə edib.

Azərbaycanın elm, o cümlədən tibb sahəsində nailiyyətləri böyükdür. Rusiya Səhiyyə Nazirliyinin Seçenov adına Universiteti ilə Azərbaycanı çoxdan­kı tərəfdaşlıq münasibətləri birləşdirir. Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında respublika­nız üçün dünya standartlarına uyğun mütəxəssislər hazırlanır.

Əminəm ki, Rusiya və Azərbaycan xalqlarının gələcəyi naminə təhsil və elm kimi mühüm sahələrdə əməkdaşlığımız daha sürətlə inkişaf edəcəkdir. 

Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına səmimi-qəlbdən aydın səma, tərəqqi və sa­bahkı günə əminlik diləyirəm. 

Hörmətlə, 

Pyotr QLIBOÇKO,
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor

***

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Azərbaycanın müstəqillik tarixi 105 il əvvəl İstiq­lal Bəyannaməsinin imzalanması ilə başlayıb. Gənc respublika müasir demokratik təsisatların inkişafının örnəyi olub, səmərəli dövlət idarəçiliyinə səy göstərib, şəffaflıq və milli maraqlara ciddi şəkildə əməl olun­ması prinsipləri əsasında qarşılıqlı faydalı diplomatik münasibətlər qurub.

Bir əsr əvvəl əsası qoyulmuş ənənələr müasir Azərbaycanın həyatında da özünün müsbət əksini tapır. Milli qürur, vətənpərvərlik və vətəndaşların ölkə Prezidentinin siyasi xəttinə qəti inamı Azərbaycan xalqına iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanmağa, beynəlxalq arenada dövlətin nüfuzunu möhkəmləndirməyə imkan verib. 

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm can­sağlığı, tükənməz enerji və Azərbaycan xalqının ri­fahı naminə bütün təşəbbüslərinizin reallaşmasını diləyirəm. 

Hörmətlə,

Mixail QUTSERİYEV,
Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti

Məktublar