Bakıda keçiriləcək Dünya Kubokunda çıxış edəcək milli gimnastlar müəyyənləşib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakının ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak edəcək Azərbaycanın akrobatika gimnastları bəlli olub.

XQ xəbər verir ki, yarışda milli komandanın 7 idmançısı bacarığını nümayiş etdirəcək.

Daniel Abbasov-Murad Rəfiyev və Seymur Cəfərov-Rəsul Seyidlidən ibarət kişi cütlükləri, Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupu medallar uğrunda yarışacaq.

Qeyd edək ki, iyunun 5-7-də Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 10-dan çox ölkənin idmançıları mübarizə aparacaqlar.

İdman