Bakıda təşkil olunacaq bilyardın “sərbəst piramida” növü üzrə Avropa çempionatında 10-dan çox ölkədən 100-dən çox idmançı iştirak edəcək.
Azərbaycan Bilyard Federasiyasının marketinq direktoru Mir Azad Əliyevin verdiyi məlumata görə, yarışlar Bakı Olimpiya İdman Kompleksində keçiriləcək.
O qeyd edib ki, Azərbaycanda ikinci dəfə təşkil olunacaq “sərbəst piramida” üzrə Avropa çempionatına maraq böyükdür. Turnirdə 50-dən çox azərbaycanlı idmançı da qüvvəsini sınayacaq. Xarici bilyardçılar yarışın başlamasına 2 və ya 3 gün qalmış paytaxta gələcəklər.
Proqrama əsasən, iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək. İyulun 8–12-də isə “sərbəst piramida” üzrə Avropa çempionatı baş tutacaq. Bu növ üzrə turnir Azərbaycanda 2-ci dəfə keçirilir.
Qabil YUSİFOĞLU
XQ

