Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, LANDAU School-un təşkilatçılığı ilə keçirilən 5-ci LANDAU Şahmat Festivalı uğurla yekunlaşıb.
Yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda təşkil olunub.
5-ci LANDAU Şahmat Festivalı üzrə əsas qalib Yusif Əhədzadə olub. O, 11-18 oktyabr tarixlərində Gəncədə keçiriləcək “Ganja Open 2026” Şahmat Festivalında iştirak hüququ qazanıb. Qalibin yarışla bağlı bütün xərcləri LANDAU School tərəfindən qarşılanacaq. Festivalın əsas qalibi kubok və diplomla təltif olunub.
8 yaş qrupu üzrə qızlar arasında Nərmin Mahmudova, oğlanlardan Məhəmməd Mirzəyev, 10 yaş qrupu üzrə qızlardan Əsəl Tağızadə, oğlanlardan Renat Məmmədrzayev, 12 yaş qrupu üzrə qızlardan Xanımzər Hümbətli, oğlanlardan isə Yusif Əhədzadə I yeri tutublar.
Qeyd edək ki, turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 225 yeniyetmə şahmatçı mübarizə aparıb. Festivalın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ

