Məcnun Məmmədov: Pambıqçılığın inkişafı istiqamətində islahatlar nəticəsində mühüm nailiyyətlər əldə olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən islahatlar nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunub.

XQ xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.

Nazir qeyd edib ki, 2015-ci ildə ölkədə cəmi 18,7 min hektar sahədə pambıq əkilmiş və 35,2 min ton məhsul istehsal olunmuşdusa, 2025-ci ildə pambıq əkinlərinin sahəsi 100 min hektara, istehsal həcmi isə 360 min tondan çox səviyyəyə çatıb. Onun sözlərinə görə, bu nəticələr aqrar sahədə aparılan ardıcıl islahatların və dövlət dəstəyinin bəhrəsidir.

Sosial həyat