“Ermənistanın iddialarıtamamilə əsassız və yalandır”

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova bu fikirləri Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində MDB-yə Üzv Dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı səsləndirib. O, deyib ki, Ermənistan götürdüyü öhdəliklərin əksinə olaraq hələ də öz silahlı qüvvələrini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmayıb: “Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbi qulluqçusu hələ də Azərbaycan ərazisindədir. Həmçinin Ermənistan Laçın yolundan minaların, hərbi texnikanın və silahların daşınması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində şəxsi heyətin rotasiyası, habelə Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının Ermənistana daşınması üçün istifadə edir. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin 2022-ci il dekabrın 12-dən başlayaraq Laçın-Xankəndi yolunda keçirdikləri dinc aksiya məhz buna qarşı yönəlib. Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır”.

Parlament Sədri diqqətə çatdırıb ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 mindən çox nəqliyyat vasitəsinin, tibbi yardıma ehti­yacı olan şəxslərin, humanitar yüklərin Laçın yolundan maneəsiz keçməsi sü­but edir ki, Ermənistanın, guya, bu yo­lun bağlanması, qondarma “humanitar fəlakət” barədə iddiaları tamamilə əsas­sızdır və yalandır: “Laçın yolunun Ermə­nistan–Azərbaycan sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıl­ması barədə Azərbaycanın təklifi bu yo­lun istifadəsində şəffaflığı təmin edəcək. Lakin erməni tərəfi bunda maraqlı deyil və təklifi qəbul etmir. Həmçinin üçtərəfli Bəyanata uyğun olaraq, Zəngəzur dəhli­zinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir”.

S.Qafarova deyib ki, Ermənistan regi­onda vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüdür. Avropa İttifaqı­nın missiyasının bu ölkədə olmasından sui-istifadə etməsi və vəziyyətin qəsdən gərginləşməsinə yönəlmiş siyasət yürüt­məsi aydın müşahidə olunur: “ Ermənis­tan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan–Ermə­nistan sərhədi boyunca və Rusiya sülh­məramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində atəşkəs rejimini pozmaqda davam edirlər ki, bu da insan tələfatına səbəb olur. S.Qafarova üç gün əvvəl Ermənistanın sərhəddə növbəti hərbi təxribat törətdiyini və nəticədə üç azərbaycanlı hərbçinin həlak olduğunu diqqətə çatdırıb.

Milli Məclisin Sədri beynəlxalq təşki­latları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət ver­məyə çağırıb. Müvafiq beynəlxalq təşki­latlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət