Bölgələrdə yubiley tədbirləri

post-img

Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Tarix Diyarşünas­lıq Muzeyi, Dövlət Rəsm Qalereyası və Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sek­torunun birgə təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik irsi Azərbaycanın milli sərvətidir” mövzusunda tədbir keçirilib. Bu barədə maraqlı söhbətlər edilib və sonda şagirdlərin muzeyə və qalereyaya ekskursiyası təşkil olu-nub.

*** 

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Bozayran kənd orta mək­təbinin müəllim və şagird kollektivinin iştirakı ilə “Azərbaycan xalqının xilas­karı” mövzusunda tədbir keçirilib.

*** 

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin Cəlilabad rayonuna səfərlə­rindən xatirələr” adlı layihəyə başla­nılıb. Layihə çərçivəsində keçirilən ilk görüşdə YAP Cəlilabad rayon təşkilatı­nın sədri Mirsüleyman Mirxaslı ulu ön­dərin 1998-ci ildə Cəlilabad rayonuna səfəri ilə bağlı xatirələrini bölüşüb.

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat