İrəvanda “qarabağlı” – yerli qarşıdurması

post-img

Azərbaycanın 2020-ci ildə apardığı Vətən müharibəsində qazandığı tarixi Zəfər, Ermənistanın isə məğlubiyyəti haylar arasında hələ də ciddi müzakirə olunmaqdadır. Bu müzakirələr zamanı haylar bir-birini kəskin tənqid edir, səhvləri başqasının üzərinə atmağa çalışır, “qarabağlılar” ermənistanlıları, ermənistanlılar isə “qarabağlıları” ittiham edirlər.

Belə mübahisələrdən birini erməni sosial şəbəkə istifadəçisi, İrəvan saki­ni Aro Sukiasyanın paylaşımı yaradıb. O, 2020-ci ilin payızında Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunduğu günlərdə Qarabağ ermə­nilərinin bölgədən kütləvi qaçışını əks etdirən video paylaşıb. Bu isə ermə­nilərin iki qolu arasında növbəti qəzəbli toqquşmaya səbəb olub. “Əgər siz bir­dən onları haradasa görsəniz, soruşun ki, onlar belə enerji ilə hara qaçıblar? Niyə onlar öz sevimli “Artsax”ını tək qo­yub, onu taleyin ixtiyarına buraxıblar?!” – deyə Sukiasyan videonun təsvirində qeyd edib.

Əvvəlcə onu qeyd edək ki, 2 dəqiqə 40 saniyəlik videoda ermənilərin Qara­bağdan avtomobillərlə qaçmaları əks olunub. Bu qısa vaxt ərzində kadrlarda 200-dən artıq avtomobil görünür. Kadr­larda o da görünür ki, Qarabağdan qa­çanlar kasıb insanlar deyillər: maşınla­rın mütləq əksəriyyəti xarici istehsaldır, onların arasında bahalı yolsuzluq avto­mobilləri üstünlük təşkil edir. Və məhz bu video ətrafında hayastanlılarla şurt­vatslar (Ermənistanda Qarabağdan gələnlərə verilən ad. Mənası dönənlər, dəyişənlər deməkdir) arasında şifahi döyüş başlayıb. Bu davada hər şey var: həm qorxaqlıq, həm də ittihamlar. Həmçinin onlara xatırladılıb ki, məhz Qarabağdan olanlar – Koçaryan və Sarkisyan Ermənistanın bu gün belə acınacaqlı vəziyyətə düşməsində gü­nahkardırlar. Qeyd edilib ki, Ermənis­tan 30 ildir qarabağlıların qarnını doyu­rur, əvəzində heç nə almır.

***

“Onlar Qarabağı müdafiə etməmək üçün qaçdılar”, – deyə Anna Səfəryan adlı istifadəçi qeyd edib.

Xaçatur Sarkisyan isə yazıb: “Onla­rın hamısının İrəvanda evləri var”.

“Niyə o zaman “sərhədi” bağlama­dılar? Gərək, özlərini müdafiə edərək öləydilər”, – Lusine Şimalyan şərh edir. Qayane Sosiyan qaçan erməniləri “pis­liklər” sözləri ilə səciyyələndirib. “Onlar insan deyil, nankor heyvanlardır”, – Hratsin Yesayan vurğulayıb.

Bundan sonra ittihamlar qartopu kimi böyüməyə başlayıb. Hayastanlı­lar xatırladıblar ki, Qarabağ erməniləri həmişə azərbaycanlılar arasında yaşa­yıblar, buna görə də onları “təmiz er­məni” (?) hesab etmək olmaz.

İrəvanlılar 44 günlük müharibə günlərində kişilərin hərbi polisin onları tapmaması üçün Qarabağdan qadın geyimində və ya xalçaya bükülmüş halda qaçdıqlarını da opponentlərinə xatırladıblar.

Nəhayət, Marina Kamisidi adlı isti­fadəçi Rusiya sülhməramlı kontingen­tinin müvəqqəti məsuliyyət zonasında, guya, 120 min nəfərin yaşadığı barədə erməni təbliğatına zərbə vurub. Marina Kamisidinin sözlərinə görə, 44 günlük müharibə zamanı Qarabağı 11 min, münaqişə nəticəsində isə ümumilikdə 50 min erməni tərk edib. “Həqiqi statis­tika var”, – deyə Kamisidi yazıb.

Daha sonra erməni istifadəçilər ya­zıblar: “Sağlam kişilərdir, amma biabır­çı şəkildə qaçırlar, yalnız bir türk görüb­lər”; “Niyə hamı bura gəlib bizə necə yaşamağı öyrədir və bizi xəyanətdə ittiham edir? Niyə bizim oğlanlar sizin üçün ölməli idilər?”; “Biz niyə sizi ye­dirtməliyik?” və sair.

***

Görünyü kimi, hayların iki qolu ara­sında parçalanma və nifrət hər gün daha da güclənir. 44 günlük mühari­bədə məğlubiyyət, “dəmir yumruğ”un gücü Ermənistanda cəmiyyətin müəy­yən hissəsini ayıldıb. Bütün baş verən­lərdən sonra onlar çətin ki, yenidən “miatsum”la xəstələnmək istəsinlər. Amma, əlbəttə, haylar baş verənləri yenidən unutsalar və revanşizmə baş­lasalar, yenidən “dəmir yumruğ”u öz başlarında görəcəklər.

Tofiq ABBASOV,
politoloq

Ermənistan cəmiyyətində seq­reqasiya deyilən bir proses gedir. Seqreqasiya latıncadır, “ayrılma” deməkdir və əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması siyasətidir. Biz bilirik ki, erməni cəmiyyəti, ümu­miyyətlə, həmişə millətçi cəmiyyət olub. Onlarda həm özgələrə, həm də öz daxillərindəki müxtəlif ka­teqoriyalı insanlara qarşı radika­lizm var. Ona görə də bunlar Qara­bağ ermənilərini ömür boyu “ikinci sort” sayıblar, onlara həmişə yuxa­rıdan aşağı baxıblar. Bu baxımdan haylar arasında heç vaxt anlaşma olmayıb. Elə bir ixtilafdır ki, tarix boyu özünü göstərib. Təsadüfi de­yil ki, Ermənistanda Sarkisyan və Koçaryanla bağlı nifrət özünü bü­ruzə verir. Ümumiyyətlə, indi Er­mənistan cəmiyyətində belə bir fikir var ki, ölkənin belə ağır duruma düşməsinin bilavasitə səbəbkarları məhz gəlib rəhbərliyə çatmış Qara­bağ erməniləridir. Onlar rəhbərliyə çatmamışdılar, onu oğurlamışdılar. Ona görə də hazırda erməni cəmiy­yətinin ortaq fikri bundan ibarətdir ki, onlar özləri bura gəlməklə, haki­miyyəti ələ keçirməklə korrupsiyanı genişləndiriblər, qohum-əqrəba­larına qulluq etməyə başlayıblar. Faktiki olaraq onlar erməni xalqına rəhbərlik etməyiblər, öz ətraflarına, ailələrinə, dost-tanışlarına rəhbərlik ediblər və onlar üçün əlverişli şərait yaradıblar.

Bilirsiniz, bir etnosun içində nifrət, kin-küdurət varsa, başqa et­nosu bəyənmirsə, hamını düşmən gözündə görürlərsə, əvvəl-axır o etnosun daxilində də bu cür parça­lanma, bir-birini gözü götürməzlik kimi hallar baş qaldırır. Bu baxım­dan erməni cəmiyyəti qətiyyən sağ­lam cəmiyyət sayıla bilməz. Hay­ların çox dərin xəstəlikləri var və onların epikrizinə nəzərə yetirsək, hansı səbəblərdən bu xəstəliyə mübtəla olduqlarını görə bilərik. Onlar vaxtilə Osmanlı imperiya­sında da, Qafqazda da dostlarla düşmən, yaxınlarla özgə oldular. Türklərlə, azərbaycanlılarla düş­mən oldular, bunu heç gizlətmirlər də. Öz daxillərində də parçalanma prosesi gedir. Bu, qeyri-sağlam cə­miyyətdir və belə bir cəmiyyətdə istər-istəməz bölünmə prosesləri getməlidir.

Haylar ölkə daxilində monocə­miyyət yaradıblar. Orada yaşayan bütün milli azlıqları – yezidləri, kürdləri, aysorları pərən-pərən sa­lıblar. Yəni problem bunların özün­də - erməni xislətindədir. Düzdür, onların da içində sağlam düşüncə sahibləri var. Amma biz görürük ki, onlar Ermənistan daxilində yaşaya bilmirlər. Çünki belə bir şəraitdə orada baş çıxarmaq, inkişaf etmək müşküldür. Ona görə də bacaran başını götürərək, o ölkədən qaçıb gedir.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət