Gürcüstan Ukraynaya generator göndərir

post-img

XQ Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstan hökuməti Ukraynaya humanitar dəstək çərçivəsində generatorlar göndərir.

Məlumata görə, bununla bağlı Baş nazir İrakli Kobaxidzenin imzaladığı sərəncam bu gün keçirilən hökumət iclasında təsdiqlənib.

Sənədə əsasən, Gürcüstan Enerji İnkişafı Fondu Ukraynaya çatdırılması üçün 1,5 milyon lari dəyərində müxtəlif növ generatorlar alacaq. Generatorlar Ukraynada kritik infrastrukturun və əhalinin enerji təminatına dəstək məqsədilə göndəriləcək.

N.Adilqızı
XQ

Dünya