Azərbaycan və Macarıstan XİN başçıları strateji tərəfdaşlığı müzakirə edib

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan və Macarıstan arasında siyasi dialoq, iqtisadi və humanitar tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da daxil olmaqla, ikitərəfli əməkdaşlığın cari gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Görüş zamanı həmçinin regional proseslər müzakirə olunub və dost ölkələr arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə dair qarşılıqlı sadiqlik bir daha təsdiqlənib.



Siyasət