Azərbaycanın qol güləşçiləri Bakıda təşkil olunan dünya çempionatında iki gündə 55 medal qazanıblar.
Millimizin baş məşqçisi Samir Babayev bildirib ki, hazırda yarış davam edir. İlk iki gündə 12-si qızıl, 24-ü gümüş, 19-u bürünc olmaqla, ümumilikdə, 55 medal qazanmışıq. Gənclərdən ibarət komandamız dünyanın ən güclüsü olub. Bu gün və sabah isə böyüklər arasında sol və sağ qollarla yarışlara start veriləcək. Hədəfimiz dünya çempionatının qalibi olmaqdır. Düşünürəm ki, belə davam etsək, idmançılarımız bu sevinci bizə yaşadacaqlar".
Qeyd edək ki, oktyabrın 28-də startı verilən çempionat bu gün başa çatacaq.
Qabil YUSİFOĞLU
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    