Orta aylıq əməkhaqqı 11 faiz yüksəlib

post-img

Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq 855 manat olub.

Dövlət Statistika Komitəsinin bu barədə yaydığı xəbərdə bildirilir ki, cari ilin iki ayında iqtisadiyyatın mə­dənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və ra­bitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nomi­nal əməkhaqqı daha yüksək olub.

Bu il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan iş­çilərin sayı ötən ilin eyni dövrünə nisbətən 33,7 min nəfər və yaxud 2 faiz artaraq 1 milyon 715,8 min nəfər təşkil edib. Onlardan 901 min nəfə­ri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sek­torunda fəaliyyət göstərib.

“Xalq qəzeti”

İqtisadiyyat