“ƏDV geri al” layihəsi uğurla davam edir

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) məlumatında bildirilir ki, respublikada “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il aprelin 1-dək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan çox vəsait geri qaytarılıb. 

“ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edil­miş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada olduqda isə 5 faizi istehlakçılara geri qayı­dır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahə­sində nağdsız ödəmələrə cəlb et­mək məqsədi daşıyan stimullaşdırıcı “ƏDV geri al” layihəsinin reallaşdırıl­ması sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisinin əhəmiy­yətli dərəcədə yüksəlməsinə səbəb olub.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamə­tində də işlər davam etdirilir. Hazır­da ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 87 mindən çoxdur. Bu ilin 3 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 4,9 milyard manatdan artıq olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.

“Xalq qəzeti”

İqtisadiyyat