Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika konfransı

post-img

Bakı Dövlət Universitetində (BDU) akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş respublika konfransı keçirilib. 

BDU-nun rektoru Elçin Babayev Zərifə Əliyevanın Azərbaycanda oftal­mologiya elminin inkişafında xidmətlə­rindən bəhs edib. Rektor qeyd edib ki, bu il Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmo­logiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə Əliyevanın 100 illik yubileyidir. Görkəmli alim vax­tilə Azərbaycanda geniş yayılmış traxo­manın, xüsusilə kimya və elektron sə­nayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktika­sı və müalicəsinə, habelə oftalmologi­yanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb. 

Eyni zamanda, "Terapevtik oftalmo­logiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs və­saitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksəkixtisas­lı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloq­ların böyük bir nəsli yetişib. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hü­seynova, Elm və Təhsil Nazirliyinin Mo­lekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüsey­nova, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direk­torunun I müavini Hicran Namazova və digər çıxış edənlər akademik Zərifə Əliyevanın zəngin mənəvi keyfiyyətləri, oftalmologiya elminin inkişafındakı xid­mətlərini diqqətə çatdırıblar. 

Sonra akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən video nümayiş olunub. 

Sonda BDU-nun akademik Zərifə Əliyeva adına məqsədli təqaüdünün qalibi elan olunub. 

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

“Xalq qəzeti”



Son xəbərlər