Macarıstanın baş naziri Viktor Orban oktyabrın 31-də bəyan edib ki, onun ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda gözlənilən görüşü Budapeştdə Rusiya-ABŞ sammitinin keçirilməsi istiqamətində bir addım ola bilər.
Məlumatı “İzvestiya.ru” verib.
“Düşünürəm ki, biz yaxınlaşa bilərik. Biz uzun müddətdir ki, bu görüş üzərində işləyirik” – deyə o bildirib.
Baş nazir əlavə edib ki, Macarıstan nümayəndə heyəti Vaşinqtonda təmsil olunacaq və tərkibində nazirlər, iri şirkətlərin rəhbərləri və dövlət qurumları olacaq. Bundan başqa, danışıqlar prosesinin bir hissəsi kimi tərəflər “ABŞ-Macarıstan münasibətlərinin tam nəzərdən keçirilməsini və həllini” planlaşdırır.
P.Əmircanov
XQ


 
                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                                                 
                                 
                                 
             
                                     
                                     
                                     
                                     
                                    