Ermənistanın sülhə yolu azərbaycanlıların qayıdışından keçir

post-img

“Azərbaycanın 8 sərhədyanı kəndi özünə qaytarılmayınca və Qərbi azərbaycanlılar öz əzəli torpaqlarında “reinstalyasiya” olunmayınca Azərbaycanla Ermənistan arasında sülh barədə danışmağa dəyməz”. Rusiyanın “Zvezda” telekanalının hərbi icmalçısı, Rusiya – Azərbaycan Ekspert Şurasının üzvü Aleksandr Artamonov mediaya bu açıqlamasını aşağıdakı mülahizələrlə davam etdirib:

–Cari ildə Bakı ilə İrəvan arasın­da sülh müqaviləsi imzalana biləcəyini düşünmürəm. Qafqazda ümumi və­ziyyət buna əngəl törədir. Təəssüf ki, burada ab-havanı idarə edənlər yerli aktorlar deyil, onların uzaqda yaşayan tərəfdaşları və himayədarlarıdır. Belə bir müqavilə Devid Urkvart üslubunda “Böyük oyun”u təzələmiş britaniyalıları maraqlandırmır. Böyük “şahmat taxta­sı” üzərində həm Azərbaycan ilə Ermə­nistan arasında münaqişəyə, həm də, məsələn Gürcüstanda baş verən iğti­şaşlara yer ayrılıb. 

Rusiyanın vasitəçiliyi çox şeyi dəyiş­dirə bilməz. Ola bilsin ki, Moskva üçün ən yaxşı çıxış yolu Ermənistanla Azər­baycan arasında şərti sərhəddə və­ziyyətin nizamlanmasına qarışmamaq olacaq, çünki Azərbaycan cəmiyyətində artıq indidən sülhməramlıların hər hansı manevrlərinə ehtiyatla yanaşırlar. Rusi­ya sülhməramlı kontingentinin iki ildən artıq müddətdə bu regionda olmasına, yaxın vaxtlarda isə Avropa İttifaqı mis­siyasının da regiona gəlməsinə baxma­yaraq, nə üçün silahlı toqquşmalar baş verir? Ekspert bu sualın cavabında de­yib ki, belə insidentlərin qarşısını almaq mümkün deyil.

Rusiyalı ekspert daha sonra vurğulayıb: 

–Dənizi qaşıqla boşaltmaq cəhdi uğursuz olduğu kimi, silahlı münaqişələ­rin də öhdəsindən gəlmək mümkün deyil. Avropa İttifaqının missiyası rəs­mən bəyan edilmiş vəzifənin tamamilə əksi olan məqsəd güdür. Əslində, onun məqsədi qarşıdurmanın yeni dövrə­sini hazırlamaq və rusiyalıları Cənubi Qafqaz regionundan – əvvəlcə Azər­baycan ərazisindən, sonra isə Ermənis­tandan da çıxarmaqdır.

Daha sonra əhalisinin sayı 50 min­dən bir qədər çox olan Cənubi Osetiya rayonunda “partlayış” gözlənilir. Bunun həqiqi səbəbi odur ki, NATO bloku re­gionda yeni hərbi əməliyyatlar meyda­nı üçün əlverişli şərait yaratmaq istəyir. Qərb alyansının hərbçiləri Rusiyanın nəzarəti altında olan ərazini “ayı yuva­sı” adlandırmağı xoşlayırlar. Hazırda həmin “ayı yuvası” planlı şəkildə müha­sirəyə alınır”.

Rus hərbi icmalçının proqnozun­dan məlum olur ki, Ermənistanla sülhə yol “Qərbi Azərbaycan” prob­leminin həllindən keçir. Yəni Qərbi azərbaycanlılar əzəli torpaqlarına qa­yıtmayınca sülh müqaviləsinin bağ­lanması qeyri-mümkündür.

 

“Xalq qəzeti”

Siyasət