Paşinyanın ağ yalanlı “qırmızı xətlər”i

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlar prosesində müəyyən tərəqqinin əldə olunduğunu desə də, bu zaman “fundamental problemlər”in üzə çıxmasından, keçə bilməyəcəyi “qırmızı xətlər”dən də dəm vurub. 

Əslində, Paşinyanın mövqeyini və sərsəm açıqlamalarını hay cığallığının ən yüksək fazası hesab etmək daha düz olar. Azərbaycandan sülh sazişinə dair öz təkliflərinə bu günlərdə cavab aldığını söyləyən baş nazir, sosial şə­bəkələrdə ünvanına deyilənlərin ək­sinə olaraq, ölkəsinin maraqlarına zidd hansısa sənədə imza qoymayacağını “qətiyyətlə” ərz edib. 

* * * 

“Məğrur” baş nazirin Azərbaycanla sülh danışıqları prosesində üzləşdiyi “fundamental problemlər” 5 gün əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Azadlıq” radi­osuna müsahibəsində səsləndirdiyi te­zislərlə eynidir. Hayların baş naziri Bakı ilə sülh danışıqlarında müəyyən irəlilə­yişin göründyünü dilə gətirsə də, “nə qədər çox irəliləyiriksə, bir o qədər fun­damental problemlər üzə çıxır” söyləyib. 

Bəs, Ermənistanın hökumət baş­çısının keçilməz hesab etdiyi “qırmızı xətlər” hansılardır? Paşinyanın dü­şüncəsinə görə, İrəvan sülh müqa­viləsini imzalayandan dərhal sonra Bakı Ermənistana qarşı ərazi iddia­ları irəli sürə bilər. Bunu İrəvan üçün “keçilməz qırmızı xətt” adlandıran Pa­şinyanın sözlərinə görə, o, problemin “təkaddımlı həllini” görmür və “ölkə­sinin maraqlarını təmin etmək” üçün, “başdansovdu” deyil, ardıcıl, “strateji yanaşma”nı vacib sayır. 

Yəni, bu günə qədər Azərbaycanla danışıqlarda verdiyi bütün qərarlarını öz dili ilə başdansovdu hesab edən Paşinyan hələ bundan sonra ölkəsinin maraqlarını gözləyərək, sülh sazişinə “strateji” səviyyədə yanaşacağı barə­də düşünür. Guya, sülh müqaviləsinin mətninə Azərbaycanın təkliflərinə İrə­van razılıq verən kimi, “Bakı Dağlıq Qarabağda etnik təmizləmə, yaxud genosid həyata keçirmək üçün man­dat əldə etməyə çalışacaq”. Baş na­zir bunu da “keçə bilməyəcəyi qırmızı xətt” sayır. 

Bu məqamda Nikola “küçədən gələn siyasətçi” deyən daşnakla­ra necə haqq qazandırmamaq olar? Mətbuat konfransına toplaşan yerli və əcnəbi media təmsilçilərinin qarşısın­da bəlağətli siyasi ritorikaya güc verən Paşinyan bu üsulla həm də “daxili ba­zarda”, ictimai rəydə olmayan müsbət imicini qorumağı hədəfləyir. 

* * * 

2020-ci il 10 noyabr Bəyanatına özünə sərfəli şəkildə şərh verən baş nazirin ermənisayağı yalanına görə, həmin sənəddə, guya, Laçın yolu­nun daim açıq qalmalı olduğu yazılıb, amma “faktiki olaraq indi bağlıdır”. Hayların baş nazirinin “keçə bilmədi­yi” uydurma “qırmızı xətlər”i bir yana, sıravi ermənilərin, sülhməramlıların, humanitar yüklərin, BQXK-nın üzünə açıq Laçın yolu barədə qıpqırmızı ya­lan danışması, əlbəttə ki, beynəlxalq ictimaiyyətə, lümpen tamaşaçıya ün­vanlanmış mesajlardır. Onun sülh da­nışıqları üzrə dialoqun əsas hissəsinin Stepanakert (?!) (Xankəndi-red.) və Bakı arasında aparılması, bu zaman beynəlxalq mexanizm və təminatlar­dan istifadə olunması ilə bağlı sər­səmləmələri də elə daxili auditoriyaya hesablanıb. 

* * * 

Azərbaycan tərəfinin Qarabağ er­mənilərinin nümayəndə heyəti ilə Ba­kıda görüş təklifinə münasibət bildirən Paşinyan bu məsələdə də “gül vurub”. O, erməni nümayəndələrinin danışıq­lardan sonra Bakıdan qayıdacaqlarına şübhə etdiyini və bu suala kimin ca­vab verəcəyini havadan soruşur. Bu səbəbdən o, görüş üçün beynəlxalq təminat istəyir. Nikol demək istəyir ki, Qarabağın erməni icmasının elçilə­ri Bakıdan salamat qayıtmaya bilər. Normal və sağlam düşüncəyə sahib siyasətçi deyil, yalnız xain, mərdimə­zar, zərbəni arxadan vuran terrorçu belə düşünə bilər, elə deyilmi? Mət­buat konfransında özü üçün naqolay suallara cavab verməyə məcbur olan Paşinyanın mimika və jestlərinə diqqət yetirəndə, doğrudan da onun sağlam­lığının heç də yerində olmadığı qənaə­tinə gəlmək olar. 

Hayastanın baş naziri dünən üç “qırmızı xət”dən danışdı. Amma er­məni xislətinə yaxından bələd oldu­ğumuza görə əminliklə deyə bilərik ki, sabah, misal üçün, sülh danışıqlarının son mərhələsi yaxınlaşanda, Paşin­yan “keçə bilməyəcəyi” əlavə “qırmızı xətlər”dən də dəm vuracaq. Yəni, elə indidən birmənalı şəkildə demək olar ki, bu adam nəinki rəsmi Bakının, hət­ta öz elektoratının da inam və etibar li­mitini tam xərcləmiş durumdadır. Onun ikibaşlı, qeyri-diplomatik açıqlamaları, nala-mıxa döyməsi həm də ondan xəbər verir ki, düşdüyü və girovuna çevrildiyi situasiyadan heç özü də baş açmır... 

 

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq: 

 

– Paşinyan ənənəvi olaraq yenə də sərsəm danışığından əl çəkmir. İndi Er­mənistan o vəziyyətdə deyil ki, Azərbay­can üçün hansısa “qırmızı xətlər” çəksin. İddialarının isə hamısı cəfəngdir. Bu iddia ilə onun Azərbaycanla hansısa danışıq apara biləcəyinə ümidləri də əbəsdir. O ki qaldı, Qərbi Azərbaycandan olan soy­daşlarımıza, onların hüquqları heç də Qarabağ ermənilərinin hüququndan əskik deyil. BMT-nin müvafiq konvensiyalarına uyğun olaraq, qaçqın soydaşlarımızın öz yurdlarına, vətənlərinə qayıtmaq hüququ var. Paşinyanın nə deməsindən asılı ol­mayaraq, bu məsələ masanın üzərində­dir. 

Azərbaycan Ermənistandan fərq­li olaraq, etnik təmizləmə aparmayıb. Ermənistan dediyimiz ərazidə bir nəfər belə azərbaycanlı qalmayıb. Həmin kəndlər boşdur, amma soydaşlarımızın ora qayıtması qadağandır. Zodda 3 min azərbaycanlı yaşayırdı, indi heç 300-ü yoxdur. Azərbaycanlılar niyə ora qayıda bilməməlidirlər? Nüvədi kəndinin iki min əhalisi vardısa, hazırda 200 də qalma­yıb. Ya da Şunrux kəndi olsun. Belə olan təqdirdə Azərbaycanın bu tələblə çıxış etməyə haqqı çatır. Paşinyanın hansı oyunlardan çıxmasından asılı olmayaraq, bu haqqı Qərbi azərbaycanlılardan heç kəs ala bilməz. 

Qarabağ erməniləri ilə danışıqlara gəldikdə isə vətəndaşlarımız kimi onların hüquqlarını da, təhlükəsizliyini də Azər­baycan dövləti qoruyacaq. Buna Paşin­yan tam əmin ola bilər.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Rasim.jpg

Siyasət