“Sanksiya dəyənəyi ” havada hələ çox yellənəcək

post-img

Avropa İttifaqı (Aİ) fevralın 25-də Rusiyaya qarşı yeni sanksiya paketini qəbul etdi. Sayca 10-cu olan paketdə də ciddi qadağalar əksini tapdı. Burada müxtəlif təyinatlı malların ixracına, bir sıra malların Avropaya idxalına, ölkə vətəndaşı olan şəxslərin Avropada yüksək vəzifə tutmasına qadağa nəzərdə tutulur. Maraqlıdır ki, sanksiyaların hədəfi həm də Rusiya mediasıdır. Aİ-nin və əlaqəli qurumlarının bununla bağlı yaydıqları açıqlamalara görə, məhdudiyyətlər Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görədir. Bəs “sanksiya müharibəsi” nə qədər səmərəlidir və dünya iqtisadiyyatına necə təsir göstərir?

Bu gün müasir insan “sanksiya” sözünü, demək olar ki, hər gün eşidir. Bəs o, nə vaxtdan tətbiq edilir? Belə görünə bilər ki, müxtə­lif ölkələrə qarşı iqtisadi təzyiq va­sitəsi kimi irəli sürülən sanksiyalar müasir dövrümüzün təsir vasitəsi­dir. Əslində isə onların tarixi xeyli keçmişə gedib çıxır. 

Qədim Yunanıstanda Afina şəhər dövləri eramızdan əvvəl 433–432-ci illərdə digər qədim yu­nan şəhəri Meqaranın tacirlərinə limanlarından istifadə və onun nə­zarətində olan ərazilərdə ticarəti qadağan etmişdi. Blokada Meqara­nın iqtisadiyyatına ciddi zərbə vur­muş və aclığa səbəb olmuşdu. Bu­nunla belə, sanksiyaların effektivliyi bəlli deyildi. Bir tərəfdən Meqara tacirləri böyük itkilər vermişdilər, digər tərəfdən, hərbi dəstək üçün müttəfiqlərə (ilk növbədə Spartaya) müraciət etmək məcburiyyətində qalmışdılar. Peloponnes müharibə­sinin başlanması nəticəsində sank­siyalar tətbiq etmiş Afina sarsıdıcı məğlubiyyətə uğramış və Afina Bir­liyi dağılmışdı. Amma o zaman Yu­nanıstanın digər şəhərləri Afinanın yeni bir təzyiq üsulu kəşf etdiyini anlamışdılar. 

Avropada Orta əsrlərdə ticarət və hərbi ittifaqların daim dəyişən konfiqurasiyası, ayrı-ayrı hökm­darların və nüfuzlu şəxslərin ma­raqlarının dəyişməsi səbəbindən iqtisadi sanksiyalar daha çox yerli və qısamüddətli xarakter daşımış­dı. Genişmiqyaslı sanksiyalar isə XIX əsrdə müşahidə olunmuşdu. Həmin dövrdə Fransa Böyük Bri­taniyaya qarşı kontinental blokada tətbiq etmişdi. Trafalqar döyüşün­dəki məğlubiyyətdən sonra ingilis donanması ilə bacara bilməyən Napoleon Bonapart taktikasını dəyişmək və “Dumanlı Albion” ilə birbaşa müharibə əvəzinə, iqtisadi müharibə təşkil etmək qərarına gəlmişdi. 1806-cı ildə o, ingilis­lərə Fransanın nəzarətində olan və müttəfiq ərazilərdə limanlardan istifadəni qadağan edən fərman imzalamışdı. Hesablamalara görə, bu fərmanla başlayan kontinental blokada dünya iqtisadiyyatına zər­bə vurmuşdu. 

Əsl “sanksiyalar erası” I Dünya Müharibəsindən sonraya, Millətlər Liqasının yarandığı vaxta təsadüf edir. Təşkilatın məqsədlərindən biri də müharibələrin qarşısının alın­ması idi. “Qanun pozucularına” tə­sir məqsədi daşıyan iqtisadi tədbir­lər qoyulmuş hədəfə çatmaq üçün vasitələrdən biri sayılırdı. Ancaq Millətlər Liqası iqtisadi sanksiya­lar tətbiqinə tələsmirdi: onlar yal­nız bir dəfə 1935-ci ildə İtaliyanın Efiopiyaya hücumu zamanı tətbiq edilmişdi. Sonra Liqa müharibənin qarşısını ala bilməmiş, Roma tərə­findən nəzarət edilən ərazilərdən idxalı qadağan etmiş və bir sıra malların İtaliyaya ixracına embarqo qoymuşdu. Eyni zamanda sank­siyalar ərzaq, neft, polad və kö­mürə şamil edilməmiş, İtaliya üçün mühüm olan Süveyş kanalını bağ­lamamışdı. Bundan başqa, sank­siyalar İtaliyanın digər dövlətlərlə diplomatik münasibətlərinə mane olmamış, yəni, kifayət qədər seçkin xarakter daşımış, buna görə təsiri az olmuşdu. 

İqtisadi sanksiyalar XX əsrdə beynəlxalq ticarət əlaqələrinin in­kişafı ilə vüsət almışdı. İkinci Dün­ya müharibəsindən əvvəl keçmiş Yuqoslaviya, habelə, Yunanıstan, Boliviya, Paraqvay və İtaliya kol­lektiv iqtisadi sanksiyalara məruz qalmışdılar. “Soyuq müharibə” dövründə sanksiyalar əsasən səmərəsiz idi. Çünki onlar nə Qərb, nə də Şərq blokları (müvafiq olaraq ABŞ və SSRİ-nin lider olduqları) tərəfindən dəstəkləndi. Hər iki blo­kun dəstəklədiyi vahid sanksiyalar cəmi iki dəfə: Rodeziya və Cənubi Afrikaya tətbiq edilmiş, hər iki halda kifayət qədər səmərə verməmişdi. Dövrün kollektiv iqtisadi sanksiya­larının ən məşhur nümunələrindən biri sosialist ölkələrinə “strateji” mal və texnologiyaların, ilk növbədə, hərbi və kompüter məhsullarının tədarükünün məhdudlaşdırılması idi. Xüsusilə, Şərq bloku ölkələ­rinə ixracata nəzarət etmək üçün 1949-cu ildə 17 dövlətin daxil ol­duğu Koordinasiya Komitəsi (Com) yaradılmışdı. 

Keçmiş Sovet İttifaqına qarşı sanksiyalar İkinci Dünya mühari­bəsindən sonra tətbiq edilmişdi. 1948-ci ildə ABŞ SSRİ-yə strateji malların tədarükünü məhdudlaş­dırmış və bir il sonra Vaşinqtonun təşəbbüsü ilə sosialist ölkələrinə texnoloji məhsulların ixracına nəzarət etmək üçün xüsusi bey­nəlxalq komitə yaradılmışdı. Ko­reya müharibəsi fonunda ABŞ SSRİ ilə ticarət müqaviləsini poza­raq, məhdudiyyətlərini sərtləşdir­miş, həmçinin sosialist düşərgəsi ölkələrinə strateji tədarükləri da­vam etdirən istənilən ölkəyə iqtisa­di dəstəyi dayandırmaq hüququnu açıqlamışdı. Sanksiyaların növbəti dalğasına 1960-cı illərdə “Drujba” neft kəmərinin tikintisi səbəb ol­muşdu: Vaşinqton SSRİ-yə lazımi boruların tədarükünü Qərb ölkələ­rinə qadağan etmiş, lakin avropalı istehsalçıların təzyiqi nəticəsində embarqo ləğv olunmuşdu. 

Uzunmüddətli birtərəfli sanksi­yaların ən məşhur nümunəsi ABŞ-ın Kubaya qarşı 1960–1962-ci il­lərdə başlayan və bu günə qədər davam edən embarqosudur. ABŞ şirkətləri üçüncü ölkələr də daxil olmaqla, xüsusi icazə olmadan Kuba ilə hər hansı iqtisadi əlaqələr qura bilməzlər. Kuba hakimiyyəti­nin məlumatına görə, embarqodan birbaşa ziyan indiki qiymətlərlə təx­minən 1 trilyon dollara bərabərdir. Eyni sözləri, İran barədə də demək olar. İslam inqilabından bu yana təzyiqlər içində çapalayan İran re­jimi sərt sanksiyalar altında yaşa­mağa məcburdur. 

Ötən il Ukraynada hərbi əmə­liyyatlara başlayandan bəri, Rusiya ABŞ və müttəfiqlərinin görünmə­miş təzyiqləri ilə üzə-üzədir. Son aylar ərzində Qərb ölkələri get­dikcə daha çox sanksiyalar tətbiq edirlər ki, bu baxımdan Rusiya hazırda dünyada birinci yerdədir. Sanksiyaların Rusiya iqtisadiyyatı­nı zəiflətmək və ya tamamilə məhv etmək üçün nəzərdə tutulduğu heç kəsə sirr deyil. Ancaq bundan ən çox əziyyət çəkən əhali, xüsusilə də onun ən yoxsul təbəqəsidir. Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, iqtisadi sank­siyaların artması əks istiqamətdə gedir. Son sanksiyalar dünya iq­tisadiyyatı üçün ən böyük prob­lemdir və qlobal ticarət məkanının geoiqtisadi parçalanmasına doğru aparır. Dünyanın siyasi arenasında cərəyan edən hadisələrin axarı isə onu göstərir ki, “sanksiya mühari­bəsi” başa çatmaq perspektivindən çox uzaqdır. 

 

S.ELAY, “Xalq qəzeti”

Siyasət