Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının birlikdə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında 250-dən çox Eldar şamı və sərv ağacı əkilərək aqrotexiki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları və xəstəxanın kollektivi iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.
M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

