44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür

post-img

YAP Astara Rayon Təşkilatı və Astara Pedaqoji Kollecinin birgə  təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “44 günlük müharibənin hər bir günü Qələbə, Zəfər günüdür” mövzusunda dəyirmi masa keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə  YAP Astara Rayon Təşkilatının foyesini bəzəyən    Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər. Daha sonra  Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan Respublikasının Dövlət Himnin sədaları altında başlanan təbirin açılış sözündə   Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının sədri Həbib Cəfərov bildirib ki, əziz  tədbir iştirakçıları müasir dövlətçilik tariximizin ən  şanlı səhifəsi olan və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən  Zəfərin 5-ci ildönümü münasibətilə sizi səmimi qəlbdən salamlayıram.   Xalqımız  Vətən torpaqlarının  işğaldan azad olmasını, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevincini  yaşamaqla 8 Noyabr – Zəfər Gününü böyük  qürurla   qeyd edir. Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, bu Zəfəri bizə yaşadan, öz canından, qanından keçib ölümsüzlüyə qovuşan qəhrəman şəhidlərə  Allahdan rəhmət, sağlamlığını  itirən qazi qardaşlara  isə şəfa diləyirəm. Bəli,   torpaq ona   ürəkdən bağlı, hər an onun yolunda ölümə belə hazır duran  qeyrətli oğulların  çiynində Vətən olur. 

Məruzə üçün söz Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımova veriləndə o, deyib:-  Əlbəttə,  44 günlük haqq savaşımızda  əldə edilən  tarixi Qələbə heç də asan qazanılmadı.   Belə ki, möhtəşəm Zəfərə gedən yol olduqca çətin və odlardan, alovlardan keçdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu hədəfə çatmaq üçün məqsədyönlü addımlar atılmış, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda məqsədyönlü işlər görülərək Azərbaycanı böyük Zəfərə aparan yolun əsası qoyulmuşdu. Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  altında  qüdrətli ordumuzun işğalçılara  layiqli cəzalarını verməyin  nəticəsində azad edildi.

Tədbirdə çıxış edənlər –Rayon Ağsaqqallar şurasının sədri Natiq İbadov,  Astara Pedaqoji Kollecinin müəllimi Elçin Mahmudov,  Astara Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Rövşən Məstiyev , Astara Pedaqoji Kollecin müəllimi Nəzrin Ağamalızadə, Astara Rayon İcra Başçısı aparatının Ərazi İdarəetmə və Yerli idarəetmə Orqanları ilə  İş şöbəsinin müdiri Turan Həsənzadə xüsusi olaraq bildiriblər  ki, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi müstəqillik illərində milli maraqlara əsaslanan qətiyyətli siyasətin məntiqi nəticəsidir. 

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü











Sosial həyat