Yanvar-may aylarında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cari ilin yanvar-may ayları ərzində əlilliyi olan 57 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

Onlardan 29,7 mininə ambulator, 14 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.

Sosial həyat