Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Hesablama Palatası fiskal qanunvericilikdə dəyişikliklərin zəruri olduğu qənaətinə gəlib.
XQ xəbər verir ki, bu barədə Palatanın "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Bununla belə, sənədə əsasən, aparılmış təhlillər 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərdə izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımların atıldığını göstərib.
"Büdcə sistemi haqqında" qanunun 20-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar təqdim edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bu məlumatlar təqdim edilib.
Əvvəlki ildə olduğu kimi, hesabat ili üzrə də publik hüquqi şəxslərə dövlət sifarişi üzrə ayrılmış məbləğ illik hesabata ayrıca əlavə şəklində təqdim edilib, Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə istifadə olunmuş vəsaitlə bağlı təqdim edilmiş məlumatda Fondda nəzərdə tutulmuş vəsait hesabına və qanunvericiliyə uyğun olaraq qənaət olunmuş vəsaitin Fonda yönəldilməsi hesabına maliyyələşdirilmiş istiqamətlər fərqləndirilib.
Eyni zamanda 2024-cü ildən fərqli olaraq, hesabat ilində dövlət proqramları ilə bağlı təqdim edilmiş əlavədə ötən il nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlər barədə məlumat verilib, bununla yanaşı Strategiya ilə bağlı Hesablama Palatasına təqdim olunan məlumatda Strategiyanın tədbirlərinin və bu tədbirlərin maliyyələşdirilməsi üçün icra edilmiş vəsaitlərin təşkilatlar üzrə bölgüsü əks etdirilməyib.
N.Adilqızı
XQ

