Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə və ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında razılığa gəlmək səylərindəki son vəziyyəti müzakirə ediblər.
Bəhreynin BNA rəsmi xəbər agentliyinin məlumatına görə, Tramp Bəhreyn kralı ilə telefon danışığı aparıb. Liderlər regiondakı son hadisələri müzakirə ediblər.
Söhbət zamanı Tramp və Əl-Xəlifə ABŞ ilə İran arasında razılığa gəlmək səylərinin irəliləyişini, eləcə də bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Bəhreyn kralı Trampa Bəhreynə verdiyi dəstəyə və regionda sülh və sabitliyin təmin edilməsi səylərinə görə minnətdarlığını bildirib.
Əl-Xəlifə həmçinin ABŞ prezidentini 2026-cı il FİFA Dünya Kubokunun açılış mərasimi münasibətilə təbrik edib.
P.ƏMİRCANOV
XQ

