Daşkənddə Zəfər Günü münasibəti ilə tədbir keçirilib

post-img

Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşkilatşılığı ilə ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə tədbir keçirilib. 

Tədbirdə Azərbaycan, Belorus, İtaliya, Türkitə, Pakistan, Qazaxıstan, Cənubi Koreya, Böyük Britaniya, Rusiya, Ukrayna, Türkmənistan hərbi attaşelik aparatının nümayəndələri iştirak edib. 

Onlara mərkəzlə bağlı ətraflı məlumat verilib, Azərbaycan ordusunun fəaliyyətini əks etdirən vidoçarx nümayiş etdirilib. 

Qonaqlar mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Döstluq Muzeylərində baxıb, orada nümayiş etdirilən fotoşəkillər və tarixi eksponatlarla tanış olublar. 

Sonra qonaqlar mərkəzin nəzdindəki “Azərbaycan” rəqs ansamblı üzvlərinin ifasında  bir-birindən gözəl rəqslərimizə tamaşa ediblər.  

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 











Mədəniyyət