Naxçıvanda məhkumlar arasında intellektual oyun keçirilib

post-img

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında intellektual oyun keçirilib.

Bu haqda nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

“Konstitusiya və Suverenlik İli” və “8 Noyabr – Zəfər Günü” ilə bağlı tədbirlər planı çərçivəsində keçirilən oyun Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov bu cür intellektual oyunların məhkumların dünyagörüşünün genişlənməsində, sosial adaptasiya və reinteqrasiya prosesində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Yarış maraqlı mübarizə şəraitində keçib. Qalib komandalar kubok və medallarla mükafatlandırılıblar.

Səbuhi Həsənov
XQ





Sosial həyat