ABŞ-ın Kaliforniya ştatının sabiq qubernatoru, Hollivud ulduzu Arnold Şvarsenegger “Fubar” adlı yeni seriala çəkilib.
Aktyor indiyədək çoxsaylı ekran işində rol alsa da, seriallarda çəkilməkdən imtina edirdi. Bildirilir ki, komediya janrındakı bu filmin süjet xətti onun xoşuna gəldiyi üçün serialda çəkilməyə razılıq verib. Arnold Şvarsenegger serialda Lyuk adlı casusun obrazını canlandıracaq.
Yeni seriala çəkilməsilə bağlı medianın suallarını cavablandıran dünya şöhrətli kinoaktyor deyib: “Hara gedirdimsə, mənə yeni filmə nə zaman çəkiləcəyimi soruşurdular. Alın, bu da sizə film. Düz bir mövsüm məni izləyəcəksiniz”. Qeyd edək ki, filmdə hadisələrin mərkəzində Terminator və onun qızının başına gələnlər cərəyan edir. Şouda ssenari müəllifi Klana Soprano və Nik Santora da iştirak edirlər.
Xatırladaq ki, Arnold sonuncu dəfə 2019-cu ildə “Terminator: Qara talelər” filmində çəkilmişdir.
Elçin ABBASOV, “Xalq qəzeti”