“Azərenerji” ASC-nin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

post-img

“Azərenerji” ASC-nin Azərbaycan El­mi-Tədqiqat və Layihə-Axtarış Energe­tika İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il ta­rixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və dok­toranturaya qəbul Qaydaları”na uyğun olaraq aşağıdakı ixtisaslar üzrə qəbul aparacaqdır:

3340.01 – Elektrotexniki sistemlər və komplekslər.

3341.01 – Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sis­temlər.

3342.02 – İstilik elektrik stansiyaları (istilik hissəsi).

3344.01 – İstilik elektrik stansiyaları (istilik hissəsi).

5312.01 – Sahə iqtisadiyyatı.

“Fəlsəfə doktoru” proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşki­latın rəhbərinin adına);

• kadrların şəxsi-qeydiyyat vərəqi;

• tərcümeyi-hal;

• iş yerindən xasiyyətnamə;

• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

• iş stajı olanlar üçün əmək kitabça­sından çıxarış;

• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respunlikası vətəndaşları üçün təhsil sənədlərinin ta­nınması barədə şəhadətnamə);

• xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, Cambridge English Qualifications, Test­DaF, DELF, DALF, STANAG əgər varsa) və ya xarici dildən keçid balını toplayan­lara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

“Elmlər doktoru” proqramı üzrə dok­toranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamen­tal tədqiqatları yüksək səviyyədə apar­mağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaş­ları qəbul edilirlər.

“Elmlər doktoru” proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşki­latın rəhbərinin adına);

• kadrların şəxsi qeydiyyat vərəqi;

• tərcümeyi-hal;

• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

• iş yerindən xasiyyətnamə;

• əmək kitabçasından çıxarış;

• çap olunmuş elmi işlərin siyahısı;

• “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplo­munun müvafiq qaydada təsdiq edilmiş surəti;

• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respunlikası vətəndaşları üçün təhsil sənədlərinin ta­nınması barədə şəhadətnamə);

• şəxsiyyəti təsdiq edən sənədin surəti.

Qeyd- xarici dil (ingilis, alman və fransız dillərindən biri) fənnindən im­tahan Dövlət İmtahan Mərkəzi tərə­findən keçirilir. Doktoranturaya və ya dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Siste­mi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim et­mək istəyən şəxslər Azərbaycan Res­publikası Elm və Təhsil Nazirliyinin ht­tps://portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsili müəs­sisələrinə təhsilalan qeydiyyatı” xidmə­tini seçərək təlimatlara uyğun şəkildə qeydiyyatdan keçməlidirlər. Doktoran­tura və dissertanturaya sənəd qəbulu 2024-cü il aprelin 23-dən mayın 15-dək həyata keçiriləcəkdir.

Əlaqə telefonu- 050-228-84-27 -Ül­viyyə Nəsibova.

Ünvan- AZ1122, Bakı şəhəri , Zərda­bi prospekti 94.

Reklam və elan