Azərbaycan İlahiyyat İnstitutu

post-img

Azərbaycan İlahiyyat İnstitutu 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2024-cü il üçün fəlsəfə doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya qəbul elan edir

Fəlsəfə doktoru proqramları üzrə doktoranturaya sənəd qəbulu 2024-cü il mayın 15 -dək həyata keçiriləcəkdir.

Qeydiyyatı təsdiqlənən şəxslərin “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il iyunun 9-da keçiriləcəkdir.

Xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslərin Fəlsəfə fənni üzrə imta­hanı 2024-cü il sentyabrın 2,3 və 4 -də , ixtisas imtahanı isə sentyabrın 9,10 və 11 -də keçiriləcəkdir.

Doktoranturaya isə sənəd qəbulu­nun “Təhsil Mərkəzləşdirilmiş İnforma­siya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırı­lır.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublika­sı Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun şəkildə qeydiyyatdan keçməlidirlər.

Əlaqə nömrəsi: +994 12 436 77 66 (daxili: 118; 117).

Reklam və elan