Türkiyənin ən nüfuzlu mətbuat orqanlarından olan “Sabah” qəzeti Azərbaycanın səhiyyə sektoru ilə əlaqədar məqalə hazırlayıb.
Məqalədə TƏBİB-in nəzdində fəaliyyət göstərən “Yeni Klinika”nın Azərbaycanda və hətta regionda tibb müəssisələri arasında ilk dəfə olaraq xəstəxana məlumat idarəetmə sisteminə görə, ABŞ Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) nüfuzlu beynəlxalq akkreditasiya sertifikatını almasından bəhs edilib.
Xatırladaq ki, sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən yüksək səviyyədə istifadə etməklə səhiyyə xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini davamlı olaraq artırmaq məqsədi ilə verilir.
XQ