“Böyükşor Avtonəqliyyat” ASC-nin 2023-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatı

post-img

(min manatla)

AKTİVLƏR 2023-cü il 2022-ci il Qeyri – maddi aktivlər 45,2 52,1 Torpaq tikili və avadanlıqlar 1322,2 1309,4 Cəmi uzunmüddətli aktivlər 1367,5 1361,5 Ehtiyatlar 0,6 0,6 Qısamüddətli debitor borcları 34,9 22,2 Pul vəsaitləri və onları ekvivalentləri 348,6 217,4 Cəmi qısamüddətli aktivlər 384,1 240,2 Cəmi aktivlər 1751,5 1601,7 KAPİTAL VƏ ÖHDƏLİKLƏR     Ödənilmiş nominal (nizamnamə) kapitlı 1154,7 1154,7 Kapital ehtiyatları 192,8 154,9 Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 332,7 264,2 Cəmi kapital 1680,2 1573,8 Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 59,1 16,1 Sair qısamüddətli kreditor borcları 12,2 11,8 Cəmi qısa müddətli aktivlər 71,3 27,9 Cəmi aktivlər 71,3 27,9 Cəmi kapital və öhdəliklər 1751,5 1601,7

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

Satış 567,1 476,2 Sair əməliyyat gəlirləri 2,1 1,9 İşçi heyəti üzrə xərclər (98,5) (90,3) Amortizasiya xərcləri (27,0) (30,4) Sair əməliyyat xərcləri (27,8) (27,2) Əməliyyat mənfəəti (zərəri) 415,9 330,2 Vergidən əvvəl mənfəət (zərər) 415,9 330,2 Mənfəət vergisi (83,2) (66,0) Hesabat dövrünün xalis mənfəəti 332,7 264,2

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Böyükşor Avtonəqliyyat” ASC-nin rəhbərliyinə

Müsbət rəy

Biz, “Böyükşor Avtonəqliyyat” ASC-nin 2023-cü il dekabrın 31-nə olan maliyyə və­ziyyəti haqqında hesabatından, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatından, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prin­siplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatının auditini aparmışıq.

Bizcə, əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 2023-cü il dekabrın 31-nə ma­liyyə vəziyyəti, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərində düzgün və ədalətli təsəvvür yaradır.

Rəy üçün əsaslar 

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditinə görə audi­torun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid etik normalarla “Etika Məcəlləsi”nin tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri 

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə hesabat dövrünün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdəndir. Bu məsələlər maliyyə hesabat­larının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmış və biz bu məsələlərə aid ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına, düzgün təqdim edilməsinə, rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanma­sına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayan­dırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ yaranmadığı halda, rəhbərlik cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilmə­sinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıq­lanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin ma­liyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nə­ticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqim etməkdir. Kafi əminlik, əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, Beynəlxalq Audit Standart­larına uyğun aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər, dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu şəkildə, istifadəçilərin təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı ya­randığı halda əhəmiyyətli hesab olunur. 

“Cavid-Audit” MMC-nin direktoru – auditor Ş.M.Məmmədov

Rəy 2024-cü il fevralın 8-də tərtib edilmişdir.

Reklam və elan