Ərdoğan: Fransa terrorizmin əsas dəstəkçisi olub

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində keçirdiyi mitinqdə bildirib ki, Fransa terrorun əsas dəstəkçisidir. Məlumatı Türkiyə telekanalları yayıb. 

Ərdoğan Türkiyəni istədikləri kimi idarə etmək istəyən imperialist güclərin mövcud olduğunu deyib. Onun sözlərinə görə, Ankara həm daxili, həm də xarici təhdidlərlə mübarizə aparmalı olduğunu vurğulayıb.

“Fransanın məşhur “Lafarge” şirkəti Suriyada mağaralar tikib. Kimin üçün? Terrorçular üçün. Təəssüf ki, Fransa terrorun əsas dəstəkçisi oldu. Biz isə bilirsiniz nə etdik? Şimali Suriyada “Lafarge”nin bütün sığınacaqlarını məhv etdik”, – Türkiyə lideri əlavə edib.

P.ƏMİRCANOV
XQ

Dünya